Cənub.az saytına daxil olan məlumata görə bu gün, may ayının 26-da Masallı rayonunun Yeddioymaq Ərazi Dairəsində işıq pulu toplayan Masallı İşıq İdarəsinin işçiləri, Masallı şəhər sakinləri - Bağıyev Ramal Sudeyf oğlu (1981), Baxşiyev Orxan Mehman oğlu (1990), Bədirli Ayaz Mirzəqulu oğlu (1999) həmin kəndin sakini , 1983-cü il təvəlldülü Şahmarov Mansur Bəşir oğlu (1969) tərəfindən şiddətə məruz qalıb. Belə ki, M. Şahmarov işıq pulunu tələb etdikləri üçün ov tüfəngi ilə nəzarətçilərə atəş açıb. Atəş nəticəsində Bağiyev Ramal Sudeyif oğlu boyun nahiyəsindən ciddi yaralanıb və Lənkəran Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Digər 2 şəxs isə yüngül sıyrıq xəsarətləri aldığı üçün ilkin müayinədən sonra evə buraxılıb.
Atəş açan şəxs saxlanılıb.
Cenub.az. Zahir Əmənov