Artıq ABŞ-dakı ərkivanlı Mikayılovların 2-si elmlər doktoru, 4-ü fəlsəfə doktoru, 27-si isə tələbədir
Biz, vaxti ilə rəhbərlik etdiyimiz “Cənub xəbərləri” qəzetində Masallı Rayonunun Ərkivan qəsəbəsində doğulub, boya-başa çatmış Mikayılov qardaşlarının ABŞ-dakı uğur hekayələri haqqında izləyicilərimizi kifayət qədər məlumatlandırmışdıq.
2017-ci il, dekabr ayının 17-də cenubxeberleri.com saytında paylaşdığımız “Ərkivanlı amerikalılar” yazısında bu məqamlara daha da aydınlıq gətirmişdik.
Qeydə etmişdik ki, böyük qardaş Qorxmaz Mikayılovdan sonra daha 3 qardaş ABŞ –a getmiş və burada özlərinə layiqli karyera qurmuş, 2 qardaş - Qorxmaz və Rahib Mikayılovlar elmlər doktoru, professor səviyyəsinə yüksəlmiş, digər qardaşlar - Hikmət bəy biznes sahəsində çalışır, daha bir qardaş - Rasim Mikayılov isə ABŞ-da dövlət məmurudur. Ümumilikdə bu ailənin 2 üzvü elmlər doktoru-professor, 4-ü fəlsəfə doktoru, 27 övlad-nəvə tələbədir.
Həmçinin həmin vaxt, 2017-cı ildə qeyd etmişdik ki, ABŞ-da bu ərkivanlılardan ibarət təxminən 20 nəfərlik bir azərbaycanlı məkan var. (İndi say xeyli çoxalıb) Mikayılov qardaşları ABŞ-dakı azərbaycanlıların birləşdiyi US Azeris (http://www.usazeris.org/) – şəbəkəsinin üzvüdür və Azərbaycanla bağlı problemlərə mümkün köməklərini edirlər.
İndi həmin vaxtdan 3 ilə yaxın bir vaxt keçib. ABŞ-dakı ərkivanlılar - sadə peşə adamı, rəhmətlik Eyvaz kişinin uşaqları - Mikayılovlar ailəsi daha da çoxalıb, onların ailə üzvləri yeni uğurlara imza atır, daha doğrusu, övladlar ataların yolunu uğurla davam etdirirlər.
Onu da xatırladaq ki, Mikayılovlar cenub.az saytının ardıcıl izləyicisidirlər və özlərinin etirafına görə, Masallının, Ərkivanın ruhun bu saytdan alırlar.
Bu günlərdə də Mikayılovlardan biri - Hikmət Mikayılovla sosial şəbəkədə yazışanda bəlli oldu ki, onun yeniyetmə qızı – Sabrina xanım çox dəyərli bir uğura imza atıb və 16 yaşında ABŞ-ın nüfuzlu universitetlərindən birinə daxil olub.
İndi isə orta məktəbi 2 il tez, 16 yaşında bitirib tələbə adını qazanan Sabrinanı sizə daha ətraflı təqdim edirik:
Mikayilova Sabrina Hikmət qızı.
2003-ci il yanvarın 9-da Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub.
İlk təhsilinə Bakıda 283 saylı orta məktəbdə başlayıb ( 7-ci mikrorayon). Xüsusi istedadı ilə məktəbdə həmyaşıdlarından ciddi fərqlənən Sabrina sinif nümayəndəsi və məktəbin əlaçilarindan biri olub. O, həm də 5-ci sinifdə oxuyanda məktəb üzrə keçirilən riyaziyyat olimpiadasinin qalibi olmuş, Rusiya səfirliyində keçirilən tədbirə dəvət almış və mükafatlandırılmışdır.
6-ci sinif - uğurların yeni mərhələsi
Bir neçə dəfə ardıcıl dərs əlaçısı və xususi istedadı olduguna görə məktəb üzrə “İlin şagirdi” adına layiq görülüb və pul mükafatı alıb. 6-cı sinifdə Bakı Dövlət Universitetinin keçirtdiyi musabiqədə testləri yüksək faizlə icra etdiyi və həmin ali məktəbin Genc İstedadlar Liseyine dəvət aldığı üçün sonrakı təhsilini burada davam etdirməyə başlayıb. Lakin burada təhsili uzun çəkməyib. Elə həmin ildə də Green kart vaxtı gelib çatıb və Amerikaya gəlib.
Macəra dolu Amerika
ABŞ-a gələn kimi orta məktəbə qəbul olunub və Riyaziyyat fənnindən yaşıdlarından fərqli olduguna və İngilis dilini mükəmməl bildiyinə görə test verib 1 sinif yuxarı, yəni 8-ci sinfə qəbul olunub.
Təhsil aldığı illərdə əlavə olaraq kompüter bilgiləri ilə də məşğul olub. Xatırladaq ki, hələ 10 yaşı olanda əmisi, ABŞ-ın tanınmış professorlarından olan Qorxmaz Mikayılovun internet üzərindən, skaypla Türkiyə, ABŞ, Azərbaycanın 10 istedadlı gənci üçün ingilis dilində keçdiyi Ustad Dərslərinə Bakıdan qoşularaq kompüterlə bağlı olduqca güclü bilgilər əldə etmişdi.
Amerikada orta məktəb 12 illikdir. Sabrina orta təhsilini vaxtında başa vuraraq, ABŞ hökumətinin razılığına əsasən 12 illik dərs bazasını 2 il tez bitirib və tələb olunan butun fənlərdən yüksək qiymət almağa nail olub.
16 yaşında nüfuzlu universitetin tələbəsi:
2019 ci il dekabr ayında Sabrina SAT qəbul testlərini yuksək balla verib və 16 yaşında Amerikanin nüfuzlu Maryland shtatinin bir nomrəli Universitetinə, UNIVERSITY OF MARYLAND-a qəbul olunub.
Eləcə də məktəbdaxili dərslərdə GPA pointlerinin yuksək olması ona məktəbdə hər il hər rübdə Fəxri Fərman qazandırıb. Belə ki, təhsil müddətində 20-yə yaxın Fəxri Fərman ,7 medal
(Principal's Honor Roll) alıb.
Oxudugu məktəbdə yuxarı sinif dərsləri burada AP (ADVANCED PLACEMENT) dərsləri idi, yəni universitet səviyyəsind
idi.
Hər il Valideynlərinə Sabrinaya görə yerli hökumetdən razılıq və tərif məktubları gəlir.
Paralel olaraq Sabrina hər yay fəsli Amerikanın FDA təşkilatinda komputer proqrammisti işləyib.
Sabrinanın hədəfləri- Horvard
Hazırda arzusu tibb sahəsini seçib bu sahədə komputer proqramını mənimsəmək və sonda PhD təhsilini Horwardda bitirməkdir.
Sabrinanın ozündən kiçik 2 qardaşı var -15 yaşlı Ruslan və 11 yaşlı Nurlan.
Hər 2 qardaşın arzuları Sabrina kimi orta təhsillərini vaxtından tez bitirib, fərlənmə ilə univeristetə daxil olmaqdır.
Artıq Ruslan növbəti ildən ən azı 1 yaş yuxarı sinifə keçməyə şanslıdır. Buna görə yay testləri verir, eləcə də Nurlanın şansları ümidvericidir.
Söz ardı – Hikmət müəllim bizimlə söhbətində onu da bildirdi ki, digər qardaşlarının, eləcə də buradakı başqa azərbaycanıların ciddi uğurları var və bu barədə bizə ardıcıl yazılar ünvanlayacaq. Hikmət müəllim həmçinin yaxınlarda fəaliyyətə başlayacaq cenub xeber tv- kanalımıza da uğurlar arzuladı. O həm də qeyd etdi ki, Ərkivanda yerləşən “Ümidim sənsən” İB-nin uğurlarını bəyənir və alqışlayır.
Biz isə öz növbəmizdə Hikmət müəllimə bizə vaxt ayırdığı, maraqlı məlumatlar göndərdiyi üçün təşəkkür edirik.
Zahir Əmənov. cenub.az