Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Ay oqul,Tərtərdə camaata yuxarıdan aşaqı baxan başçı dədəmalı kimi bölüşüb rayonu.." - Səbirə Mahmudova


Teref.az yazır ki, məşhur "Qarabağın Həcəri" ləqəbli Səbirə Mahmudova Tərtərdə baş verənlərlə bağlı mqalə ilə çxış edib. Səbirə xanım yazır:
Keçən gecə də Şəhriyar Məcidzadə canlı yayım etdi,Tərtərin yarıtmaz icra başçısını yıxıb sürüdü,qanunsuz əməllərini ictimaiyyətə çatdırdı.Bir tərtərli kimi,ölkənin tanınmış müharibə qadını kimi,mərhum Sərdar Həmidovun səngərdaşı kimi hələ qane etməyib bu danışmalar məni.Çünki,başçının rayona gəldiyi vaxtdan ancaq yırtıcılıqla mənimsəmələrini əks etdirən vedeo çəkilişlərini yaymır.Başçının rayondakı talanlarının bariz sübutlarını ortaya qoymur,ölkənin gündəmini zəbt etmiş "başçı ovu" na daha birini də qoşdurmaqı yox,dövlətçilik dərsi verdirməyi düşünür.İllərdən bəri başçının əməllərini-polis vasitəsiylə sındırtdıqı insanlar çoxdur rayonumuzda,ay Şəhriyar,xəbərin var axı.
Bunların içlərində nə qədər şəhid ailəsi var ki,göz yaşlarıyla çıxıblar qəbula gəldikləri binadan.Pəncərələri başçının xaraba villasına görə hördürülən keçmiş texniki-peşə məktəbi şəhid adı daşıyır.Bir gün bu başçı həmin binanı da mənimsəmək istəyəndə şəhidin bacısının etirazıyla qarşılaşanda çox şəhid ailəsinə dediyi ifadələri işlətmişdi:"Qardaşın məndən ötrü şəhid olmayıb, get hara istəsən şikayətini elə.Mənim arxam bərkdir,batammarsan".
Bax,həmin şəhid bacısının şikayəti yayılmışdı sosial şəbəkələrdə,tap göstər xalqa.Qəbuldan qəhr olub çıxan digər şəhid anasının da kadrı var,Ziya Mahmudovda,ona da bax Həmin ana qəbuldan bəri döşəyə düşüb,zəkildir.Ziyanın namizədlik görüşündə çlxış edən şəhid oqlu bu başçıdan nələr demədi tribunada.Evləri yanmış ailəyə bir odunla da yardım etməyib ,adamı qəbuldan qovub.Mən Tərtərə hər gedişimdə qəhr oluram bu şikayətləri eşitdikcə.Çünki,30 ilə yaxındır ki, ölkə boyunca yüzlərlə şəhid anaları görmüşəm ki,Tərtəri vayqanlı tutub,"xaraba qalmışda balam getdi əlimdən" deyiblər.Göz yaşlarımı qəhrimdən boqularaq içimə axıtmışam,başımı aşaqı dikmişəm,şəhid anasının qarşısında. "Nə günahımız oldu ki,Tərtərdə doqulduq,ay Allah?" pıçıldamışam.İndi bizim yurdumuzda tökülən minlərlə şəhid oqulların anaları bu haqsızlıqlardan qan aqlayaraq,oqullarını belələrindən ötrü itirdiklərinə bir daha yanmırmı? Həm də O şəhid analarının mənəvi yurdu sayılır Tərtər və biz bir ömür onlara borcluyuq ,atana olduqu kimi,həm də.Tərtərin rayonumuzda gedən döyüşlərdə 350 şəhidi var,100 nəfərsə digər cəbhələrdə şəhid olanımız var.Gəlin görək,450 şəhid ailəsinin barmaq sayı qədəri bu başçıdan razımı? Ay oqul,Tərtərdə camaata yuxarıdan aşaqı baxan başçı dədəmalı kimi bölüşüb rayonu kənardan gələn adamlarıyla.Getsinlər araşdırsınlar görək,Şlxarx qəsəbəsindəki 1176 mənzilin neçəsini bu başçı müftə verib qsçqına.Hələ binalatın ikisini müştəri qıtlıqından əritməyib,niyə vermir Ziyanın kadrlarındskı çöllərdə qalan unudulmuş qaçqınlara?
Daha sonra teref.info-ya yazan Səbirə xanım qeyd edir ki, keçən il Qaçqınkom Rövşən Rzayev həmin düşərgədə başçının alqı-satqısı haqda qaçqınlardan eşitdiyini,başçlya tədbirdə bu üzdən soyuq yanaşdıqını niyə prezidentə çatdırmır?
Tərtərin rüşvət yuvasına çevrildiyini nə qədər gizlətmək mümkündür? Yeni tikilən icra binasının yerində olmuş,evləri sökdürülmüş sakinlər niyə kompensasiya alammırlar?Təkcə fotoqraf Yaşanın oqlundan başqa,o da milluyyətcə rus olduqundan,Putinlə hədələdiyindən.Amma hələ də məhkəmələrdə sürünür mərhum icra başçısı Məzahir Rəfiyevin oqlu, niyə? Atan rəhmətlikdən öncə həmin icra azmı durmuşdu erməni qabaqında? Bu başçının Tərtərə ögey münasibəti onunla əlbir olan dövlət məmurlarından rəvac tapır.Tərtərdə dədələrinin qəbri olan dövlət məmurlarına da sözüm olacaq...Bu yazı burda bitməyəcəkdir,4 ildir bitmədiyi kimi.Bu başçını 27 il öncədən-Yevlax icra başçısı Rafik Nəsibovun qapıçısı kimi tanıdıqım gündən üzübəri açıb qoyacam ortaya.Hələ bu harasıdır? Mənə-bu ölkənin tanınmış müharibə qadınına dəfələrlə polislə təsir etmək istəklərinin puça çıxardıqımı açıqlayacam.Rayonumun problemlərini qabartmışdım, hansısa məişət pozqunluqundan ya da ,Gəncədəki qeyri- qanuni abortlardan danışmamışdım ki...
Səbirə Mahmudova
Teref.az oaraq adları çəkiln şəxs və qurumların mövqeyini dinləməyə və dərc etməyə hazırıq!





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10