Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Cənub-xəbər tv” sizə nələr vəd edir?



Həm də ondan qorxuruq ki,  meydan ola, danışmağa adam olmaya

Hələ 90-cı illərin əvvəllərində biz bölgədə ilk müstəqil mətbuatın əsasını qoyduq.
Həm də bölgədə vətəndaş cəmiyyətinin formalaşması üçün mümkün olan dəstəyimizi əsirgəmədik.
Region qəzetləri sırasında sayt yaradanlardan ilkə imza atanlardan olduq. Hazırda da region saytları sırasında birinciliyimizi qoruyuruq. 3 aydır ki, aylıq baxış sayımız milyondan aşağı düşmür.
İmkan daxilində Qızıl Mərkəzçiliyi qorumağa çalışdıq – nə iqtidarın, nə müxalifətin ruporuna çevrilmədik. Cənub-xəbər tv-də də belə olacaq.
Bu günkü reallıq mətbuat sahəsində daha irəli getməyi tələb edir.
Buna görə qərara aldıq ki, cənub xəbərləri qəzetinin və saytının davamı kimi cənub-xəbər-tv internet kanalını yaradaq.
Çox çətin yükün altına girdiyimizin fərqindəyik.
Ən azından Masallıda bir neçə videobloger fəaliyyət göstərir.
Texniki imkanlar – müasir telefonlar, yığcam kameralar az qala çoxlarını jurnalist edib.
Kimi ancaq müsbəti videoya alır, kimi ancaq neqativləri çəkir. Bütün hallarda onların zəhmətinə dəyər veririk. Lakin ortada peşəakarlıq, rayonda söz sahibi olan, ciddi təhlillər aparmağı bacaran şəxslərin çıxışları yoxdur.
Bizi qorxudan nədir? Ehtiyatlanırıq ki, meydan ola, danışmağa adam olmaya.
-Sizə nə möcüzələr, nə də partizanlıq vəd etmirik.
- Biz iqtidarın tribunası olmayacağıq, lakin müsbət işləri işıqlandırmağa da xəsislik etməyəcəyik.
-Biz müxalifətin tribunası olmayacağıq. Amma istər müxalif, istər iqtidar təmsilçisi olanın haqq sözünə, dəlilli sübutlu danışanın üzünə qapılarımızı bağlamayacağıq.
- Siz “cənub-xəbər tv”-də müvafiq qanunlar çərçivəsində, etik qaydalara ciddi əməl etməklə (bütün hallarda təhqir yol verilməzdir ) istənilən qayğılarınızdan, problemlərinizdən söz aça, eləcə də iradlarınızla bağlı qarşı tərəflərin də rəylərini, debatlarını dinləyə bilərsiniz.

50 ildir ki,  rayonun iqtidarlı, müxalifətli, yarım müxalifətli, vətəndaş cəmiyyətli mühitinin içindəyik.
Bilirik ki, bu gün ətrafımızda nə iqtidarda, nə müxalifətdə olmayan, cəmiyyətə sözü olan, savadlı, mühakiməli, yeni ideyalı, cəsarətli  insanlar var. Bax, onlar susur. Rayondakılar rayondakıların tanımır. Bax, belələrini danışdırmağa çalışacağıq.
İnsan var gözəl müəllimdir – evdə də, məktəbdə də dərs deyib, pulun alır. Lakin yaşadığı ərazinin ictimai həyatında yoxdur.
Rayonda insan tanıyram gözəl mütaliəçidir- bir neçə dildə dünya klassiklərini ardıcıl izləyir. Maraqlı, dəyərli fikirlərə, ideyalara da malikdir. Lakin onların bu düşüncələri sığındıqları kabinetdən, evdən kənara çıxmır.

- Siz bizim TV-də kimləri görmək istəyirsiniz?
- Yaxud, kimlər özün bu məkanda görmək istəyir?
- Başqa hansı təklifləriniz var?

Nəzərə alın ki, imkanlarımız elə də geniş deyil. Çünki, yaş o yaş deyil ki, bir neçə nəfərin əvəzinə işləyək.
İkincisi, güclü kadr potensialı yoxdur.
Üçücünsü, hakimiyyət müstəqil fikirli olanları, aşkarlığı sevənləri az qala müxalifətdən də qorxulu sayır. Çünki, qapalı işləməyi sevən daha çoxdur.
Nəhayət, sonuncusu (bunu birinci də saymaq olar) maliyyə məsələsidir. Biz bir çox işləri ilk aylarda könüllülər hesabına rellaşdırmağa çalışacağıq.
Sizə müraciət:
- kimlər bizimlə ilk aylar könüllü olaraq çalışmaq istəyir – 
- diktor, 
- aparıcı, 
- jurnalist, 
- kameraman və  digər  işlərdə.
Təkliflər gözləyirik.
Öncə həftədə  2-3 dəfə efirə çıxmağı düşünürük. Qarşıdakı aydan isə canlı yayımlar təşkil etməyi planlaşdırırıq.
Bu kanal bizim nəyimizə lazımdır?
Açıq desək, burada elə maddi qazanc yoxdur.
Bizim özgə hədəfimiz də yoxdur ki, bunu yazsaq filan-filana nail olarıq.

Şöhrət söhbətinə qalanda cənub xəbərləri çatdığı zirvəni bu telekanalla fəth etmək olmaz. Bazar çox sıxdır.
Görünən və görünməz təzyiqlər daha ciddidir.
Əgər qəzeti evdə də çıxartmaq olurdusa,  bu internet tv elədir ki, bircə işığı kəssələr...
Əslində bu kanal bizdən daha çox sizə lazımdır. İnsanlar məlumatsızdır.

Əgər  digər saytların yazılarını paylaşan saytları istisna etsək, yerli xəbərləri paylaşan, həm də peşəkar səviyyədə paylaşan tərəfsiz sayt demək  olar ki yoxdur.
Beləliklə, internet tv-də görüşənədək-
bəyənin, 
paylaşın, 
abunə olun! 

Təkcə, baxmaqla kifayətlənməyin, rəy bildirin, təkliflər verin, nöqsanlarımız varsa, onları xatırladın.

Kanala baxmaq üçün BURAYA klik edin və ya aşağıdakı linkə daxil olun:

https://www.youtube.com/channel/UCXbi1LkjX611zHN-ELImaJQ

Bizimlə əlaqə:
Whatsapp – 050 322 75 23
Telefon- 050 322 75 23
070 322 75 23
025 21 5 3047
Cenubxeber.tv-nin rəhbəri Zahir Əmənov
Baş operator – Vadim Eyvazoğlu
Məsləhətçilər – Ceyhun Hüseyov, Bəyəli Sədrəddinov.
Cenub.az. Zahir Əmənov

P.S. kanalın yeni logosu yaxın günlərdə təqdim ediləcəkdir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10