Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sabah hava necə olacaq?


Mayın 26-da gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir.
 
Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu  Abşeron yarımadasında gecə 14-16, gündüz 21-26, Bakıda  gecə 14-16, gündüz  23-25 dərəcə isti təşkil edəcək.  
 
Atmosfer  təzyiqi normadan yüksək 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz  40-45 faiz olacaq.
 
Mayın 26-da Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 11-16, gündüz 26-31, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10