Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanlı milyarderin Tovuza hədiyyəsi - Foto


Azərbaycan kökənli iki milyarder - professor İlham Rəhimov və Qod Nisanov Azərbaycan Prezidentinin çağırışına qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon həcmində maddi vəsait köçürdüklərini, əlavə olaraq ölkəyə 10 ədəd təcili tibbi yardım avtomobili hədiyyə etdiklərini bildirmişdilər.
Cenub.az xəbər verir ki, professor İlham Rəhimov o zaman "Yeni Müsavat" qəzetinin əməkdaşına həmin təcili yardım avtomobillərindən birinin sərhəd bölgəsi olan Tovuza bağışlanacağını demişdi.
Professor sözünün üstündə durub və ölkə səhiyyəsi üçün nəzərdə tutulan hədiyyə ambulanslardan biri - tam təchizatlı, “Folksvagen” markalı təcili tibbi yardım maşını Tovuza gətirilib və rayon səhiyyəsinə hədiyyə edilib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10