Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Vüqar Səfərlinin tikdirdiyi Jurnalistlər binası sıradan çıxır — Eyvanlar uçmağa başladı (FOTO)



Bakıda əsən güclü külək Jurnalistlər binasında fəsadlar yaradıb.

Binanın eyvanından uçan dəmir məhəccər ərazidəki avtomobilin üzərinə düşüb. Nəticədə minik avtomobilinə ciddi ziyan dəyib.

Jurnalist binasının sakinləri məhəccərlərin insan həyatı üçün real təhlükə yarada biləcəyini dəfələrlə vurğulayıb. 

KİVDF-nin İcraçı direktoru olmuş Vüqar Səfərlinin zamanında inşa edilən və tikintisinə 10 milyonlarla manat vəsait sərf olunan binanın hansı təhlükələr törədə biləcəyi get-gedə daha aydın görünməkdədir. Məlumata görə, həmin binaya 31.5 milyon manat pul xərclənib. Lakin media nümayəndələri üçün tikilən bu binaların təhlükəsizliyi təhlükə saçır.
 
Buradan belə məlum olur ki, Vüqar Səfərlini bu binada yaşanlar və onların təhlükəsizliyi heç zaman maraqlandırmayıb. Bu cür rəhbər və məsul vəzifə daşımış şəxsləri yalnız şəxsi mənafeləri düşündürüb. 
 
 

 
Zaur Hacılı
Demokrat.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10