![](/uploads/posts/2020-05/medium/1590232399_424171_vuirwlmyft.jpg)
-----------------------------------------
Bir mahnıda deyilmişkən, daha da mehriban olaq, bir olaq, güclü olaq, inamlı olaq!
Əziz masallılar!
Bu əziz günlərdə, müqəddəs Ramazan Bayramı ərəfəsində hamınızı ürəkdən təbrik edirəm.
Vəziyyət elə gətirdi ki, pandemia ilə bağlı ağrılı günlər yaşadıq və hələ də yaşamaqdayıq.
“Yaman günün ömrü isə az olar” - deyirlər.
Bu gün ölkəmizdə görülən işlər, bütün sahələrədə islahatlara start verilməsi onu göstərir ki, yaxın vaxtlarda daha firavan həyata qədəm qoyacağıq.
Lakin hər şeyi də hazır, “qızıl xonçada” gözləməyək. Hər kəs çalışdığı işdə daha yenilkçi, daha təşəbbüskar olmalıdır.
Heç vaxt ruhdan düşməyin, sabaha inamlı olun.
Gəlin, qəlbimizdə, əgər varsa, bütün kini, küdurəti silək, bu əziz bayram günündə lap incikli olduqlarımızın da qapısını ürəklə, sevgi ilə, mərhəmtlə açaq, insanları sevindirməkdən həzz alaq. Allah da bağışlayanı sevir. Dava-dalaş olan yerdə bol çörək, xeyr-bərəkət olmur.
Bir daha bayramınız mübarək. Bir mahnıda deyilmişkən, daha da mehriban olaq, bir olaq, güclü olaq, inamlı olaq!
Millət Vəkili Məşhur Məmmədov