Nəriman Nərimanovun 1920-ci il martın 31-də "Известия Бакинского ревкома, Временного революционного комитета Азербайджанского социалистического Советского правительства" qəzetində çap olunmuş "Müsavat və daşnakların fitnəkarlığı" adlı məqaləsini təqdim edirik.
İki il ərzində Müsavat Azərbaycanı qarət etdi və iflasa uğradı. Hakimiyyət bolşeviklərə keçdi. Bir ay ərzində dövlətin daxili və xarici işləri ilə məşğul olan bolşeviklər müsavatı devirdilər. Düşünürdülər ki, müsavat özünü azacıq göstərdi və yaxın zamanlarda bir daha hakimiyyəti ağlının ucundan belə keçirməyə cürət etməyəcək.
Heç olmasa bir az abır, vicdan olmalıdır, heç olmasa bir az gözləmək lazımdır ki, xalq Müsavatın həyasızlığını, insanları satmasını unutsun. Amma yox! Xalqın və dövlətin milyonlarını məngirləmiş və həmin milyonlarla aradan çıxmış quldurlarda nə vicdan var, nə canıyananlıq var, nə də zərrə qədər olsun abır-həya. Bir çoxumuz müsavatçılarla münasibət məsələsində hesab edirdik ki, bizlərə ziyan vurmadıqları, yaxud da bizə hücum etmədikləri müddətdə onlara toxunmayacağıq.
Bir ay biz bu siyasətə uyğun yaşadıq.
Bizim mövqeyimizi müsavat başa düşmədi. İlk gündən fitnəkarlıqla məşğul olan bu partiya ən sonunda məsələni Gəncə hadisələrinə kimi gətirib çıxardı. Azərbaycan füqərasını müflis edərək, o, cibində milyonlarla Tiflisə daşındı və oradan Gəncəyə əmrlər göndərməyə başladı.
Söyləyirdilər: “Ey Azərbaycan müsəlmanları. Xəbəriniz varmı ki, biz hakimiyyəti müsəlman kommunistlərinə təhvil verdik, onlar isə Azərbaycanı Rusiyaya satdılar”. Torpaqlarını itirmiş və xalqı artıq heç bir şeylə aldada bilməyən bəylər, xanlar və mülkədarlar utanmadan və çəkinmədən bu vicdansız fitnəkarlığı yaymaqdadırlar. Onlar bizim Qızıl Ordumuza hücum etdilər, yoldaşlarımızı öldürdülər və s. və i.a. Hal-hazırda nə baş verməkdədir?
Gəncədə qan su yerinə axır. Şəhərdən qadınlar, uşaqlar ayağı yalın, başı açıq qaçmaqdadırlar. Budur müsavat fitnəsinin yekunu.
Yoldaşlar!
Varlılar, möhtəkirlər, xanlar, qoçular, qulluqçular, sabiq hökumət zamanı yüksək vəzifə tutanlar, zabitlər, pristavlar, uryadniklər (çar dövründə kiçik rütbəli polis zabiti – red.) və bunlara bənzər qaniçənlər – əhalinin yalnız az bir hissəsidir. Onlar özlərinin cüzi qüvvəsi ilə əhalinin əksəriyyətini təşkil edən fəhlə və kəndli sinfi ilə mübarizə aparmağa qadir deyillər. Öz ağalıqlarının boyunduruğunu zəhmətkeşlərin boynuna keçirə bilməyəcəklər. Güclərinin azsaylı olduğunu görən bu qaniçənlər nadan vəziyyətdə saxladıqları kəndliləri öz əllərində alətə çevirmək istəyirlər. Onlar heç bir şeydən təsəvvürü olmayan strajnikləri və qorodovoyları (çar Rusiyasında aşağı rütbəli polis məmurları – red.) qısqırdırdılar ki, guya rus qızıl əsgərləri Azərbaycanı istila etməyə, yenidən hökmranlıq etməyə, Nikolay zamanında olduğu kimi, kəndliləri, əhalini soymağa və incitməyə gəlmişlər. Bu fitnəkarlar xalqa yalnız həqiqəti söyləmirdilər. Bu bədbəxtləri başa salmırdılar ki, nəyə görə onları heç bir əsas olmadan müxtəlif tərəflərə dartırlar. Nadan əhalini qəflətə salan həmin fitnəkarlar onu fəhlələrlə və inqilabi kəndlilərlə savaş əhval-ruhiyyəsinə kökləyirdilər.
Biz kəndlilərin dərrakəli olmaqlarına və öz düşmənlərini, onlara hər zaman zülm edənləri fərqləndirməyi bacardıqlarına bel bağlayırıq. Bununla yanaşı, varlı kəndliləri, qorodovoyları və strajnikləri inqilabi fəhlə-kəndli sinfinin üzərinə qısqırtmaqla, bəylər və xanlar onları əksinqilaba sürükləmişlər.
Yoldaşlar!
Siz bilməlisiniz ki, qızıl əsgərlər – fəhlə və kəndlilərin əsgərləridirlər. Bu, xalqı min bir bəlaya düçar edən sabiq çar ordusu, Denikin dəstələri, zəhmətkeşlərin qanını içməkdə, onların dərisini soymaqda mülkədarlara və bəylərə yardım edən ordu deyildir. Bu, namuslu zəhmətkeşlərin, fəhlələrin və kəndlilərin ordusudur. Onlar inqilabın qələbəsi uğrunda, Şura hökumətinin güclənməsi uğrunda, bütün dünya zəhmətkeşlərinin əsarətçilərdən qurtulması uğrunda mübarizə aparırlar.
Qızıl Ordu Rusiyada kapitalistlərin və mülkədarların işini bitirmişdir. O, müsavat hökumətinin zülmündən qurtulmağı arzulayan fəhlələrin və kəndlilərin dəvəti ilə Azərbaycana gəlmişdir. Bu amansız hökuməti devirməyə gəlmişdir, və ordu Azərbaycanı və yaxud da hər hansı başqa dövləti ələ keçirməyə hazırlaşmır. O, yalnız bütün zəhmətkeşləri, bütün məzlumları zalımların, qaniçənlərin əllərindən qoparmaq üçün canını fəda edir. Kapitalistlər və mülkədarlar bunu gözəl başa düşürlər.
Və zəhmətkeşlərin gücünü azaltmaq üçün əlindən gələn hər şeyi edirlər. Bu faciəni oynayırlar, zira torpaqlarını, fabriklərini, zavodlarını əllərindən alaraq, zəhmətkeşlərə vermişlər. Şura hakimiyyəti – zəhmətkeşlərin hakimiyyətidir. Və o, havayı yeyənləri, işçilərin əməyi hesabına yaşayanları, onların zəhmətini dadanları rahat yaşamağa qoymayacaq. Müftəxorların havayı yedikləri vaxtlar artıq keçmişdir. Kəndlilər orada-burada mülkədarlardan torpaqları almışlar. Bəzi yerlərdə bəylər və mülkədarlar hələ də qalmaqdadırlar. Ona görə də mülkədarlar Şura hakimiyyətinə qarşı qiyam qaldırmışlar. Kapitalistlər isə var-dövlətləri əllərindən çıxanda, artıq fəhlələr və fəqir-füqəra üzərində ağalıq edə bilməyəndə üsyana qalxmışlar.
Fəhlə və kəndli yoldaşlar! Sizin üzərinizə mülkədarların, kapitalistlərin və qoçuların dəstələri gəlir. İnqilab təhlükədədir, kapitalistlər tərk-silah olunmamışlar, onlar hələ də güclüdürlər. Mülkədarlar hələ də öz yerlərində oturublar və sizlərlə mübarizəyə başlayırlar. Əgər onlar qalib gəlsələr, ölkə zəhmətkeş qanına bələnəcək. Əksinqilabçıların rəhmi yoxdur, vicdanı yoxdur. Qoy hamı bir nəfər kimi öz mənafelərinin müdafiəsinə, Azərbaycan Şura Cümhuriyyətinin müdafiəsinə qalxsın.
Kəndlilər! Sizin birinci işiniz mülkədarlarla, bəylərlə mübarizədir. Sizi məhv etməyi arzulayan bəyləri, xanları, ağaları, müsavatçıları məhv edin. Onlardan torpaqları alın. Fəhlələrlə birlikdə sizin qardaşlarınızın qanını içənlərə qarşı savaşa başlayın.
Azərbaycanın qızıl əsgərləri! Öz rəislərinizin – zabitlərin davranışına necə lazımsa göz qoyun. Sizə zülm verənlərlə – mülkədarlarla, kapitalistlərlə və onların əlaltıları ilə mübarizəyə hazırlaşın. Elə indicə azadlıq almış siz əsgərləri onlar öz murdar ağalıqlarını qaytarmaq üçün əllərində alətə çevirmək istəyirlər.
Fəhlələr! Döyüş sıralarına düzlənin. Şura hökuməti sizlərə, yalnız sizin gücünüzə arxalanır. Siz – onun möhkəm və sarsılmaz dayağısınız. Sayıq olun!
Yoldaşlar! İnqilab yalnız başlanmışdır. O, fəhlələrin və kəndlilərin, zəhmətkeşlərin yerlərdə hakimiyyətə gəldiyi zaman başlanmışdır. Bu çağadək əksinqilabi ovqatlı bəylər, xanlar, kapitalistlər bir üsulla zəhmətkeşlərin başlarından vururdular, indi onlar bunu silahla etmək üçün ayağa qalxmışlar. Onlar unu, çörəyi, şəkəri, parçanı gizlədirlər ki, fəhlələr və kəndlilər acından ölsünlər, onlar əllərindən gələn hər şeyi edirlər ki, inqilabi hərəkat yerində saysın. Bu xainlərdən, fəhlə və kəndlilərin Şura hakimiyyətinin düşmənləri olan bu mənfur insanlardan qurtulmağın zamanı yetişmişdir. Nə fəhlələr, nə Kommunist partiyası əsarətçilərə, burjuylara və möhtəkirlərə əksinqilabı hazırlamaq üçün şərait yaratmağa imkan verməmişdir. Onların boynunu üzmək, məhv etmək lazımdır. Və şübhə yoxdur ki, fəhlələr və kəndlilər bunu edəcəklər. Bəylərin və xanların silaha əl atmaları o qədər də qorxulu deyil. İnqilabi hökumət tezliklə onların işini bitirəcək. Qoy yeni əksinqilabi qiyam sevdasına düşən bəylərə, xanlara və kapitalistlərə bəlli olsun ki, Şura hökuməti onların nazı ilə oynamayacaq, ən şiddətli tərzdə cəzalarını verəcək. Zalımlara, möhtəkirlərə və kapitalistlərə nəzakətlə və yumşaq yanaşanda, onlar zəhmətkeşlərin qanlarını tökməyə başlayırlar. Ona görə də onlara yumşaq münasibət olmayacaq.
Əksinqilabçılar savaşa başlamışlar. Biz onları əzəcəyik, amansızcasına intiqam alacağıq.
Yaşasın fəhlə və kəndlilərin Şura hakimiyyəti! Rədd olsun kapitalistlər, mülkədarlar və onların tərəfdarları! İnqilaba qarşı silah qaldıranlara ölüm! Zalımlara, möhtəkirlərə və inqilab əleyhdarlarına son!
Azərbaycan İnqilab Komitəsinin Sədri Nərimanov
kulis.az