Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mədəniyyət naziri Əbülfəs Qarayevin vəzifədən azad olunması haqqında sərəncam imzalayıb.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Baloğlan Əşrəfov vəzifədən azad olunan şəxsin dalınca danışmağı özünə ayıb bildiyini deyib: “Mənim əzəldən bir xasiyyətim var, heç vaxt dövlət işindən uzaqlaşdırılan adamların arxasınca danışmamışam. Bunu özümə sığışdırmamışam, ayıb bilmişəm. Vəzifədə olanda mən Əbülfəslə bağlı öz sözümü demişdim. Demişdim ki, 12 ildən çoxdur mənə fəxri ad vermir, nəyə görə vermirsən? O işi mən özünə demişdim, indi çıxandan sonra nə isə deməyi, açığı özümə sığışdıra bilmirəm. Bunu Prezidentimiz bilər ki, kim o vəzifəyə layiq idi, kim yox. Onun nə günahı var, nəyi var nəyi yoxdur, o haqda bir söz deyə bilmərəm”. Amma sizə bir epizod danışacağam, vaxtilə baş verən hadisədir.
Əməkdar artist daha sonra 2007-ci ildə baş vermiş bir hadisəni xatırlayıb: “Mənə Əməkdar artist fəxri adı veriləndə, muzeydə bütün fəxri ad alanlar yığışmışdı. Həmin gün bizə vəsiqəmiz veriləcəkdi, Əbülfəs bəy də şəxsən özü bizə vəsiqəni təqdim edirdi. Adlar çəkildikcə yığışanlar əl çalırdı, mənim adım çəkiləndə sürəkli alqış sədaları ucaldı. Onda Əbülfəs yavaşca qulağıma dedi ki, “görürsən, səni nə qədər çox istəyirlər? Sən bu adı çoxdan almalı idin”. Mən də eyni tonda. Yavaşca ona dedim ki, “Əbülfəs bəy, verəydiniz də”. Onda o tutuldu. Əgər mən çoxdan bu ada layiq idimsə, verəydiniz. Bunu bugünə qədər heç bir yerdə danışmamışam. Bundan başqa onun haqqında bir şey deməyəcəm, Allah onun işlərini avand eləsin, başından bu bəlaları uzaqlaşdırsın. Hər kəs öz haqqını sonradan alır. Mən 14 ildir Əməkdar artistəm özü də mənim gördüyüm işlər, etdiyim konsertlər hamıya bəllidir. Əbülfəsin dövründə Respublika sarayı, H.Əliyev sarayı, Filarmoniya, Yaşıl teatr və.s mənim konsertlərimin hesabına gəlir əldə edirdilər, o gəlirdən mən bir manat götürmürdüm, kimlər aralarında bölüşürdü halal xoşları olsun , amma mən bu ada indiyə qədər layiq görülmədimsə səbəb nə idi? Səbəbi də özləri araşdırsın, Allah özü bilər. İndi bundan sonra olsam da, olmasam da mən heç nə deyə bilmərəm”.