Son illər Ərkivan qəsəbəsinin bələdiyyə sədri işləmiş Anar Rəcəbovun bir neçə aylıq həbs edilməsi barədə xəbər yayılıb. Xəbər bir neçə mənbədən daxil olsa da, hələ ki tam rəsmi məlumat əldə etmək mümkün olmayıb.
Məlumat üçün xatırladaq ki, Anar Rəcəbov bələdiyyə sədri işləyən dövrdə qəsəbinin Bədirli məhəlləsi və o ətrafında yerləşən torpaqlar qazılaraq müxtəlif məqsədlər üçün daşınıb.
Bu da bir sıra şəxslərin, xüsusən Bədirlrli məhəllə komitəsinin təmsilçisi Afər Cahangirovun ciddi narazılığına səbəb olub və o, bələdiyyə sədrinin əməllərində ardıcıl şikayətlər yazmağa başlayıb. Bu şikayətlər Respublika Baş Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən nəzarətə götürülüb. Son günlər məsələ daha da ciddiləşib. Yuxarıda qeyd etdiyimiz kimi, bu gün onun saxlanıldığı və haqqında 4 aylıq həbs edilməklə qərar verildiyi xəbəri yayılıb.
Xəbər qəsəbə sakinləri tərəfindən təəsssüflə qarşılanır.
Onu da xatırladaq ki, son günlər A. Rəcəbovun ona məxsus fermadakı bütün mal-qaraını satdığı və fermanı bağladığı haqqında da xəbər dolaşırdı.
Sabah daha ətraflı məlumat əldə edəcəyimizə ümidlüyük.
Cenub.az