
May ayının 21-də qrup üzvlər Musaküçə, Yeddioymaq, Banbaşı, Qarğalıq, Şərəfə və sair kəndlərdə test kitabçalarının evbəev paylanmasına start veriblər.
Təkcə Yeddoymaq ərazisində 5 qızın Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix müəllim olmaq istəyi aşkarlanıb.
Lakin bəzi neqativ hallar da qeydə alınıb. Təkcə bir məktəbdə orta məktəbi bu il bitirəcək 17 qızın 8-nin nişanlı olduğu məlum olub.
Fond üzvlərinin evbəev gəzməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanıb.
Onu da xatırladaq ki, test kitablarının paylanmasında Hekayət Nəzərov, Hüseyn Hüseynov, Fidan Abbaslı, Əntiqə Tağıyeva, Əkbər Mahmudov, Aynur Abbasova, Araz Şahverdiyev, Rəmzi Şahverdiyev yüksək fəallıq göstərib. Kitabların paylanması may ayının 24-nə kimi yekunlaşacaq. Seçilmişlərlə əlavə görüşün olacağı da gözlənilir.
Məlumat üçün bildirək ki, bu güzəştlər ancaq Masallı 70 saylı seçki dairəsində yerləşən ərazilərdəki məktəblərin şagirdlərinə şamil ediləcək.
Zahir Əmənov, cənub.az




