

Bizə məlum olan məlumata görə hazırda Yeddioymaq və Şıxlar Ərazi Dairələrinin nümayəndələri də işdə yol verdiyi nöqsanlara görə vəzifələri ilə vidalaşıblar. Bundan əlavə Qızılağac, Qarğalıq və digər ərazi dairələri nümayəndələrinin başı üzərində də qara buludlar dolaşır. Ramazan bayramından sonra onların vəzivələri ilə vidalaşacağı gözlənilir. Həmçinin bildirilir ki, Qarğalıq ərazi dairəsinin nümayəndəsi Sübhan Zalıyev şikayətçini onun şərəf və ləyaqətinə toxunduğu üçün məhkəməyə verib.
Adı çəkilən nümayəndələrin pandemiya tədbirləri çərçivəsində sənədləşmə işlərində qüsurlara yol verdiyinə görə “qara siyahıya” düşdüyü bildirilir.
Cenub.az