Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Baş Prokurorun birinci müavini və yeni müavinləri təyin olunub


Baş Prokurora yeni müavinlər təyin olunub.
Cenub.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Elçin Məmmədov Baş Prokurorun birinci müavini təyin edilib. Buna qədər Baş Prokurorun birinci müavini Rüstəm Usubov olub.
Baş Prokurorun digər müavinləri isə Elmar Camalov və Nazim Rəcəbov təyin edilib.
N.Rəcəbov, həmçinin, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, bu təyinatlara qədər Elçin Məmmədov Lənkəran, Elmar Camalov isə Mingəçevir şəhər prokuroru vəzifəsində çalışıblar. N. Rəcəbov isə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi olub.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10