Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zahid Oruc Masallını Bərdəyə nümunə göstərdi


Azərbaycan dövlətinin sosial siyasəti fədakarlıq nümunəsidir. Pandemiya dövrü bunun ən yüksək nümayişi oldu. Xatırlatmaq istərdim ki, ünvanlı sosial yardım siyasəti 12 il əvvəl başlayarkən “uşaq pulu” adlanan müavinətlərin daha rasional və ünvanlı olmasını təmin etmək hədəf idi.
Cenub.az xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında Komitə sədri Zahid Oruc deyib.
“Lakin açıq desək, ötən illərdə yardımlar bir sıra halda ünvansız olub. Kasıb ailələr əvəzinə imkanlı şəxslər həmin yardımdan bəhrələniblər ki, bu da haqlı narazılıqlar yaradır”, - o qeyd edib.
Millət vəkili bildirib ki, bu sahədə qəyyumluq, ələbaxımlığın aradan qaldırılmasından qabaq bir çox suallara cavab vermək lazımdır:
“Məsələn, təmsil etdiyim Bərdə rayonunda yardım alan ailələrin sayı Masallı ilə müayisədə az qala 5 dəfə azdır. Qarabağın ən ağır humanitar yükünü üzərində daşıyan Bərdədə həmin ailələrin sayı 1200, Masallıda isə 6000 ailə təşkil edir. Söhbət ondan getmir ki, digər bölgələrdə süni azaldılma getsin. Məsələ ondadır ki, işsizlik statusunun alınması üçün reallıqda baş verən bir sıra neqativ hallar burada başlıca rol oynayıb”.
Komitə sədri daha sonra vurğulayıb ki, alterantiv siyasətlə yardım alanları normal iş rejiminə qaytarmaq lazımdır:
“Söhbət ondan gedir ki, özünüməşğulluq prorqamı və ya ictimai işlərlə yardım alanların daimi və normal məşğulluq fəalliyyətinə cəlb edilməsinin effektivliyini dəyərləndirməyə çalışmalıyıq. Diqqət edin, 7800 ailə əvəzinə 12000, yaxud 50 min ailə üzərinə 90 minə çatan dövlət sosial siyasət proqramlarını məhz ölkə rəhbəri irəli sürüb. İndi isə nazirliyin təqdim etdiyi hesabatdan görünür ki, ictimai işlərə cəmi 61 min insan müraciət edib. Bu necə ola bilər, həqiqətənmi insanlar işləmək istəmir? İcra hakimiyyəti başçılarının həbsləri göstərdi ki, həmin ictimai işlərə canatım nə üçün aşağıdır. Söhbət ondan gedir ki, digər rayonlarda da vəziyyət eynidir. Halbuki yardım siyasətinin alternativi insanlara iş yerini özünün açması şəraitini təmin etməkdir. İş yerini vətəndaş özü rahat bir şəkildə açanda dövlətin yükü azalacaq!”





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10