![](/uploads/posts/2020-05/medium/1589912162_285384.jpg)
Cenub.az xəbər verir ki, Çin mediasında yer alan xəbərlərə görə, soyadı Zhao olaraq açıqlanan gənc qadın təxminən bir il əvvəl sevgilisi tərəfindən tərk edilib.
Ayrıldıqdan sonra aldadıldığını öyrənən qadın, günlərlə özünə qapansa da, sevgilisinin heç bir şey olmamış kimi həyatına davam etdiyini gördükdən sonra bərk qəzəblənib.
Bundan sonra hərəkətə keçən qadın 1 ton soğan sifariş edib və sevgilisinin qapısına aparılması üçün firma ilə razılığa gəlib. Qəzəbli qadın firmadan alıcı ilə ünsiyyət qurmamasını və soğanları olduğu kimi qapıya boşaltmasını istəyib.
Qapısında bir mikroavtobus dolusu soğanı görüncə çaşqına dönən adamın görüntüləri sosial mediada böyük marağa səbəb olub.