Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının icra başçısı Şahin Məmmədovun Ağcabədidəki fəaliyyəti barədə ciddi ittihamlarla dolu video


Bu gün, may ayının 19-da  teref.az saytı Masallının hazırkı icra başçısı Şahin Məmmədovun Ağcabədidəki fəaliyyəti ilə bağlı tənqidi video paylaşıb. Kanal 32.az-ın görüntüyə aldığı videoda bir neçə Ağcabədi sakinləri (bələdiyyə üzvləri də daxil) Şahin müəllimin həmin rayondakı 14 illik fəaliyyəti dövründə ciddi qüsurlara yol verdiyi, qanusuz yolla əldə etdiyi vəsaitlər hesabına mülklər aldığı və sair barədə iddialar irəli sürürlər. Yayılmış video ilə bağlı Masallı rayon İcra hakimiyyətinin rəsmilərinə müraciət etdik. 1 saatdan sonra verdikləri şifahi cavabda bildirdilər ki, yazılanlar qərəzlidir, bəzi şəxslərin sifarişi ilə yazılıb, həqiqəti əks etdirmir. Bununla bağlı qanunvericilik tələblərinə uyğun addımlar atılacaq.
Həmin videonu sizə təqdim edirik:

Masallı İcra hakimiyyəti təkzib edir

Bir neçə saat öncə teref.az saytına istinadən Masallı İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun Ağcabədi rayonunda eyni vəzifədə çalışarkən fəaliyyətində və şəxsi hərəkətlərində yol verdiyi nöqsanlar barədə icra hakimiyyəti rəsmilərinə istinadla kiçik  açqlama ilə birlikdə video paylaşmışdıq.  Video paylaşandan bir qədər sonra İcra Hakimiyyətinin rəsmiləri bizimlə əlaqə saxlayıb daha ətraflı açıqlama verib. Həmin açıqlamanı sizə təqdim edirik.

“Öncə ona bildirmək istəyirik ki, Ağcabədi rayonunda “Asfalt-Beton əməliyyatı”  haqqında deyilənlər yalan və böhtandır. Su-kanalizasiya xəttini isə hər rayonda çəkən, inşa edən  AzərSU ASC-dir. Su xətti isə Ağcabədi rayonunda ən yaxşı suyu olan Kəhrizli kəndinən çəkilib. Bununla bağlı adı həmin videoda hallanan  tenderi Ağcabədi RİH keçirməyib; bu  ağ yalandır. Şahin Məmmədovun Ağcbabədi rayonunda Qum-Şınqıl Karxanasının   olması  haqqında deyilənlər  həqiqəti əks etdirmir. 
Ağcabədi rayonuuna  Ş.Məmmədov gələnə qədər  burada şəhər və kənd əraziləri hansı vəziyyətdə idi və bu gün  orada hansı səviyyəli quruculuq işləri görülüb, çoxlarına bəllidir.
 Şahin Kərim oğlu  Məmmədovun Gürcüstanda, Batumi şəhərində villası olması deyilənlər də açıq böhtandır. Çünki Ş. Məmmədov heç vaxt Gürcüstan ərazisinə keçməyib.
Videogörüntüdə adı hallanan Leyla Əsgərova Ş.Məmmədovdan qabaq icra hakimiyyətində işləyib. Ağcabədi icra hakimiyyətində  işə qəbul edilənlərin  90 %-i gənclər olub və onlar başçı ilə şəxs əlaqələrinə görə yox, işgüzralığına və yüksək intellektinə görə irəli çəkilib. 
Rayonda məktəblər tikiləndə də  tenderlərdə kimlər qalib gəlibsə, iş onlara etibar olunub. Bu işdə başçı ilə qohumluq və yaxınlıq  əlaqəsi yoxdur.
Onu da bildirək ki, videoda çıxışları yer almış bələdiyyə üzvü Çərkəz Ağayevin ehtiyacı nəzərə alınaraq  2 il onun oğlunun təhsil haqqının ödənilməsinə dəstək olunub. 
Digər çıxışçı Çərgəz Ağayevi ağcabədililər  3-5 manata  ərizə yazan kimi tanıyırlar.
Videoda aparıılıq Edən  Sənan Həsənoğlu “20 Yanvar”  və  Ulu Öndərə həsr olunmuş tədbirlər  də  belə pul almamış çəkilişlər aparmayıb.
Verilən torpaqlar ərzaq qıtlığının aradan qaldırılması üçün Qarabağ taxıla  ehtiyac üçün verilib və  “Aqroparka” və “Azərşəkər”ə notariat qaydada, şəhər əhalinin razılığı əsasında   konpensasiya ödəməklə həyata keçirilib.
Masallı Rayon İcra hakimiyyətinin Mətbuat Xidməti. 19 may 2020-ci il.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10