Azərbaycanda insan alverində ittiham olunan Lətifə Ağayevanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən olunmayıb.
İttihama görə, Lətifə Ağayeva Azərbaycan vətəndaşı olan bir neçə qadını Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyub.
Lətifə Ağayeva İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
Lətifə Ağayevanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (insan alveri, eyni əməllər təkrar törədilikdə) və 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) maddələri ilə ittiham verilib.
Cinayət işi üzrə 4 qadın zərərçəkmiş şəxs qismində tanınıb.
Fariz Məlikli
Demokrat.az