Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Türkiyədə koronavirusu 30 saniyədə öldürən dezinfeksiya cihazı hazırlandı...


Türkiyədə kvant fizikası sahəsində araşdırma aparan professor Afif Sıddıki və komandası koronavirus epidemiyası ilə mübarizədə səhiyyə işçilərini və xəstələri virusa yoluxmaqdan qoruyacaq dezinfeksiya kabinəsi dizayn edib.
Bu barədə Türkiyə mətbuatı yazıb.
“UVC dezinfeksiya kabinəsində həyata keçirdiyimiz sınaqlarda istifadə etdiyimiz model hüceyrənin 30 saniyə kimi çox qısa müddətdə yüz faizə çatan göstərici ilə öldüyünü müşahidə etdik”, - deyə, professor bildirib.
Pandemiya ilə ön xətdə savaşan səhiyyə işçilərinin ən çox risk etdiyinə diqqət çəkən A.Sıddıki hazırladıqları kabinədə ozondan və ultrabənövşəyi şüalardan birlikdə istifadə edərək, səhiyyə işçilərinin qoruyucu geyimlərinin və avadanlıqların dezinfeksiyasının qarşıya məqsəd qoyulduğunu bildirib. (oxu.az)







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10