Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu ölkə ABŞ-ın tərkibinə keçməyə hazırlaşır - Referendum keçiriləcək...



Adının mənası "varlı port" olan, Karib dənizi adalaralında yerləşən müstəqil Puerto-Riko dövləti Amerika Birləşmiş Ştatlarının yeni ərazi vahidi olmağa hazırlaşır. 

Cenub.az-ın məlumatına görə, Puerto-Riko ölkəsi 2020-ci ilin noyabrında keçirilməsi nəzərdə tutulan referendumda ABŞ-ın tərkibinə keçmək, bu super dövlətin 51-ci ştatına çevrilmək üçün səs verəcək. 

Puerto-Riko qubernatoru Vanda Vaskes Qorsed artıq bu barədə qəbul edilən qanunu imzalayıb. Bu ada dövlətdə keçiriləcək səsvermənin nəticəsi arzulandığı kimi olsa, sonra ABŞ Konqresi məsələ ilə bağlı xüsusi qərar qəbul edəcək. Qubernator Qorsed Konqresdə məsələyə baxılarkən heç bir ciddi problemin yaranmayacağına əmin olduğunu deyib. Koronavirus pandemiyasının yeni dalğası gözlənilsə də, qubernator noyabr ayında nəzərdə tutulan referendumun tarixində dəyişiklik edilməyəcəyini bildirib. 

Qeyd edək ki, 1967-2017-ci illərdə Puerto-Rikoda bu ölkənin siyasi statusu ilə bağlı beş dəfə referendum keçirilib. Hazırda ölkədə seçicilərin 97%-nin Puerto-Rikonu ABŞ ərazisi kimi görmək istədiyi bildirilir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10