Cəlil Zabidov Famil oğlu, 1985-ci il, ailəlidir, 3 uşaq atasıdır. Rayonun Dəlləkli məktəbində fiziki tərbiyə müəllimi işləyir. Tənqidi çəkilişlərinə görə daim təqiblərə, şərləmələr, məhkəmə çəkişmələrinə məruz qalır.
Hər şeyi Cəlil bəyin öz dilindən eşidək:
“Daim haqsızlığa dözümsüz olmuşam. Yollar xarabadırsa səsimi qaldırmışam, kiminsə haqqı pozulub, səsimi qaldırmışam. Məktəb tikintisinə ayrılan pul yeyilib, susmamışam.
Yardımlının bu günki “mətbuatı”
Yardımlıdan ölkə səviyyəli bir çox jurnalistlər yetişsə də, bu gün Yardımlıda mətbuat sıfır səviyyəsindədir. Belə ki, rayon icra hakimiyyətinin təmsilçisi olan “Zirvə” qəzeti 5 aydan artıqdır ki, çıxmır (Qəzetin saytı da yoxdur). Onu da xatırladaq ki, əvvəllər ayda bir dəfə çıxan bu qəzetin tirajı da 500-ü keçmirdi. İcra hakimiyyətinin Yardımlı-İH.gov.az saytı isə ay ərzində çox olsa 5-6 altı yazı qoyur ki, bunun da əksəriyyəti yerli material olmur.
Qısası, hazırkı durumda Yardımlı mətbuatsızdır.
Ümid qalıb, blogerlərə. Həmin blogerləri də, mən qarışıq elə duruma salıblar ki...
Keçək mətləbə.
Ötən ilki bələdiyyə seçkilərində yüksək fəallıq göstərdim.
Həmin saxtakarlıqları görüntüyə aldığım üçün hələ də onun acılarını yaşayıram.
İlk məhkəmə çəkişməm 1-ci müavin başda olmaqla digər müavinlər və yaşıllaşdırma idarəsinin rəhbəri ilə bağlı olub.
“Guya günahımız o olub ki, orada söyüş söymüşük. Lakin əlimizdə səs yazısı olduğu üçün həmin müavinlər yalanlarını rəsmiləşdirə bilmədilər. Neçə deyərlər, ”siftələrini” məhv elədik.
İkinci məhkəmə çəkişməmiz Məşğulluq Mərkəzinin rəhbəri ilə oldu.
Səbəb nə idi? Deməli, Məşğulluq Mərkəzinin rəhbəri Fikrət Qəhrəmanov xəstə qardaşımın savadsızlığından istifadə edərək, ona qol çəkdirib ki, guya ona dəyəri 5 min manat olan 2 sağlam inək verib. Əslində isə həmin inəklər, necə deyərlər, ölüm ayağında olduğu üçün, biri veriləndən 1 ay sonra öldü, digəri isə ağır durumdadır (inək qan ishal edir).
Mən də müvafiq təşkilatlara şikayət etdim. Bunlar da guya onlara böhtan atdığımı bəhanə edib məni məhkəməyə veriblər. Sonra da bəlli olub ki, həmin şəxsə icra hakimiyyətindən təsir edirmişlər ki, mənim başımı qarışdırsın. Nə isə, bu iş baxılmamış qalıb. Guya bunların şərəf və ləyaqətinə xələl gətirmişəm.
Parlament seçkilərindən sonra
Əməşov İlham. Yardımlı İşlq idarəsinin mühəndisi işləyir. Onu icra hakimiyyətinin göstərişi ilə üstümə qaldırıb məni təhqir etdirirlər. Mübahisə zəmnində o, barmağımı sındırıb. Amma mənə də cinayət işi açdılar. Sonra barmağımı sındıranı oyundan çıxarıb, məni məhkəməyə çəkirlər. Əlimdə kifayət qədər sübutlar, səs yazıları və sair var.
Qısası, Yardımlıda özbaşınalıq, saxtakarlıq baş alıb gedir. Haqq sözünü deyənlərin az qalır gözün çıxardırlar. Gah qorxudur, gah vədlər verir, gah başqa təsirlər. Təki onların səriştəsizliyini, saxtakarlığını ifşa etməyim. Ancaq o qədər səriştəsizdirlər ki, heç saxtakarlığı da ağıllı başlı düzüb qoşa bilmirlər.
Yəqin ki, bu mənim son müsahibəm olmayacaq. Cenub.az-a inanıram. Bu özbaşınalıqlar, eləcə də mənə təqiblər barədə vaxtaşırı saytınızda çıxış edəcəyəm. İcra başçısından tutmuş digər məmurlara qədər hamının nöqsanların konkret adlarla, sənədlərlə, digər sübutlarla təqdim edəcəyəm.
Saydan: Cəlil Zabidov bu vaxta qədər onlarla video paylaşıb, minlərlə izləyici toplaya bilib. Onu müdafiə etmək bütün azad söz tərfdarlarının mənəvi borcu olmalıdır. Cenub.az da onun haqq işinin müdafiəsinə qoşular və əlaqələrindən istifadə edərək istər ölkəmizin, istərsə də beynəlxalq təşkilatların diqqətini ona qarşı olan təzyiqlərə yönəltməyə çalışacağıq.
Eləcə də, qarşı tərəflərin, xüsusən icra hakimiyyətindəki rəsmilərin də bununla bağlı fikirlərinə yer ayırmağa hazırıq.
İndi isə Cəlil bəyin çəkdiyi videolardan bəzilərini sizə təqdim edirik.
Cenub.az