Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Türk təyyarəsi rus müdafiə sistemini vurdu - Ölənlər var


Liviya Milli Birlik Hökumətinin ordusuna məxsus Türkiyə istehsalı olan pilotsuz təyyarə paytaxt Tripolidən 140 kilometr məsafədə yerləşən Vatiyyə hərbi bazasına hava zərbələri endirib. 

Cenub.az xəbər verir ki, hava hücumu nəticəsində Rusiya istehsalı olan “Pantsir” hava hücumundan müdafiə sistemi məhv edilib.
Ölənlərin olduğu bildirilir. Məlumata görə, müdafiə sistemi general Xəlifə Haftarın nəzarətindəki bazaya Birləşmiş Ərəb Əmirlikləri tərəfindən yerləşdirilib.
Qeyd edək ki, bu son bir ay ərzində bazaya 8-ci hücumdur. General Xəlifə Haftarın nəzarətindəki qüvvələr Tripoliyə hücumlar zamanı əsasən bu bazadan istifadə edir. Əlavə edək ki, Türkiyə, BMT-nin tanıdığı Milli Birlik Hökumətinə fəal hərbi dəstək verir. Rusiya, Birləşmiş Ərəb Əmirliklərinin də aralarında olduğu bəzi dövlətlər isə Xəlifə Haftarı dəstəkləyir.(redaktor.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10