Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Havanın hərarəti 36 dərəcəyə yüksəldi, karantin yaddan çıxdı - VİDEO


Dünən axşam Yunanıstandakı çimərliklərdən birində qəribə hadisə qeydə alınıb.

RT xəbər verir ki, onlarla insan koronavirus pandemiyası ilə bağlı karantin rejimi qaydalarını və sosial məsafəni kobudcasına pozaraq, dənizin sahilinə axışıb.

Bildirilir ki, hökuməti havanın gözlənilmədən isinməsinə görə məhdudiyyətləri yumşaldıb. Yunanıstanın paytaxtı Afinada 36 dərəcə isti qeydə alınıb.

Çimərliklərin rəhbərliyi elan edib ki, istirahət edənlərin sayına məhdudiyyət qoyulacaq və şezlonqlar bir-birindən aralı yerləşdiriləcək.(oxu.az)






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10