Cenub.az xəbər verir ki, dünən, may ayının 15-də, günorta saatlarında Azərbaycandan Rusiyanın Moskva şəhərinə kartof aparan DAF markalı TİR maşının mühərrik hissəsində qəfildən yanğın baş verdiyindən güclü alışma olub. Sürücü heç sənədləri götürməyə macal tapmadan özünü maşından yerə atıb. Maşın qısa müddətdə yanaraq kül olub. (Şəkil əlavə olunur).
Maşının sahibi ərkivanlı iş adamı Mahmud Bağırovdur. Maşında 20 tondan artıq kartof olub. Hadisə Rusiyanın Kalmık Respublikasının ərazisində, Volqoqrad şəhərinə təxminən 200 metr qalmış məsafədə baş verib. Yanğın, hadisə yerinə gələn FHN işçiləri tərəfindən söndürülüb.
Cenub.az