Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Koronavirusla bağlı Çini ilk xəbərdar edən həkim necə "virusa yoluxub" öldü? - VİRUSUN ŞİFRƏLƏRİ 2 - Murat Akandan sensasiyalı araşdırma







QEDİM.az Türkiyədə "Üst Akıl" , "Kozmik Karargah", "Derin Şifreler" kimi kitabların müəllifi olan məşhur yazar Murat Akan koronavirusun necə ortaya çıxması ilə bağlı sensasiyalı yazı qələmə alıb. 

Qeyd edək ki, "Virusun şifrələri" başlıqlı  yazının 1-ci hissəsinin tərcüməsini  12 mayda oxucularımıza təqdim etmişdik. Həmin yazının birinci hissəsini bu linkdən oxumaq olar. 

Heç bir xəstəliyi olmayan 53 yaşlı Vey Quysyan adlı qadın “öskürək və qızdırma” şikayətləri ilə Uhandakı Mərkəzi Xəstəxanaya müraciət etdi.

Belə ki, qısa müddətdə pnevmoniya diaqnozu qoyulub izolyasiya edildi. 

Bundan sonra oxşar şikayətlərlə xəstəxanaya müraciət edənlərin sayında artım oldu. Dekabrın ikinci həftəsində Uhan xəstəxanalarında fəaliyyət göstərən həkimlər virusun asanlıqla bir insandan digərinə keçdiyini fərq etdilər.

“New England” tibb jurnalına görə, həkimlər vəziyyətdən şübhələnib səlahiyyətli qurumlara xəbər verdilər. 

Bu həkimlərə Li Venlyan başçılıq edirdi...

Əslində göz həkimi olan Li Venlyan koronovirusun indiyə qədər görünən xəstəliklərdən fərqli olduğunu kəşf edib yoldaşlarına tədbir görmək barədə xəbərdarlıq etdi.

“Maska taxın, özünüzü qoruyun” dedi.

Xəbərdarlığı “Whatsapp” vasitəsilə yazmışdı. Belə ki, bəhs edilən xəbərdarlıqdan sadəcə bir gün sonra Uhan İctimai Təhlükəsizlik Şöbəsi tərəfindən yeddi yoldaşı ilə birgə saxlanıldı.

Çünki Dr. Li Venlyanın yazışmaları izlənilirdi.

“Yalan məlumat yaymaq və təşviş yaratmaq” ittihamı ilə Dr. Li Venlyanın yeddi yoldaşını saxlanılarkən; Dr. Li Venlyana “səhv”ini qəbul edən və bundan sonra “Qanunsuz aksiya” keçirməyəcəyinə dair sənəd imzaladılıb azad edildi.

Daha sonra işə Uhan Bələdiyyəsi qoşuldu.

Uhan Bələdiyyəsi Səhiyyə Komissiyası “Aparılan istintaqda insandan insana bulaşan hala rastlanmadı. Səhiyyə personalının infeksiyası yoxdur” hesabatı hazırladı.

Halbuki bu tamamilə yalan idi və Uhan Dövlət Xəstəxanasında işləyən həkimlərin açıqlamaları ilə ziddiyyət təşkil edirdi.

Dr. Li Venlyan təhlükənin fərqində idi və işinə qayıtdıqdan sonra da danışmağa davam etdi. “New York Times” qəzetinin Çin nümayəndəliyinə zəng edib vəziyyəti izah etdi.

Ancaq bu onun sonu olacaqdı...

Belə ki, bir həftə sonra “koronovirusa tutularaq” 33 yaşında öldü!

Saxlanılan digər 7 yoldaşının aqibətini isə bilən yoxdur.

Çin Milli Təftiş Komissiyası Dr. Linin ölümünü araşdıracağını açıqladı. Ancaq nə araşdırma, nə də istintaq keçirildi.

Sadəcə xəstəxananın verdiyi və ölüm səbəbində “Koronovirus” yazılan hesabat Dr. Linin ailəsinə verilərək Çin dövləti adından üzrxahlıq edildi!

Bu Uhandakı koronovirusun ikinci şifrəsi idi. 

ARDI VAR





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10