Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəran zindanı istifadəyə hazırdır


Yaxın günlərdə istifadəyə veriləcək bu zindanda bütün kateqoriyalara daxil 10 minə yaxın dustağın cəza çəkəcəyi bildirilir
Çoxlarına bəlli olduğu kimi Lənkəranda əvvəllər də bütün regionu əhatə edən dustaqxana olmuşdur. Dairəvi Qala adlanan (Stalinin də burada cəza çəkdiyi bildirilir) yerdə fəaliyyət göstərən bu zindandan Lənkərandakı Mayaka da yeraltı yol olduğu bildirilir. Yeni dustaqxana barədə əldə etdiyimiz ilkin məlumatları sizə təqdim etməmişdən öncə Dairəvi Lənkəran Qalası (zindanı) barədə internet resurslarında yayılan məlumatlarla sizi tanış edirik.



“Lənkəran qalası ilə eyni vaxtda 1747-1786-cı illərdə inşa edilmişdir. Qalanın peyki, oxşarı olan ikinci tikili Mayakdır. Deyilənlərə görə İran şahı Nadir şah 1747-ci ildə Lənkərana gəlmiş və buraya Səfəvi nəslindən olan Seyid Abbas Nadir şahın fərmanı ilə Talışın hakimi elan edilmişdir. Elə həmin ildə də buranı möhkəmləndirmək məqsədi ilə bu qalanın inşasına başlanmışdır. Lakin sonradan Nadir şahın ölümündən sonra Seyid Abbas xan öz müstəqilliyini elan etmişdir və bu iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqələrinə çevrilmişdir. Hətta Lənkəran qalasının ümumi sahəsi Bakı qalasından demək olar ki, iki dəfə böyük olmuşdur. Bu qala 1869-cu ilə kimi burada baş verən müharibələrdə mühüm müdafiə və dayaq məntəqəsi rolunu oynamışdır. Rus qoşunlarının işğalından sonra ümumi qala divarları dağıdılmış və hərbi qala ləğv edilərək, bu möhtəşəm tikili həbsxana kimi istifadə edilməyə başlanmışdır. Deyilənlərə görə Zindan ilə Mayak arasında olan gizli yeraltı yol ilə dustaqlar bura gətirilirmişlər, bu da bura gətirilənlərin məxfiliyini təmin edirmiş, hətta məşhur adamlardan İossif Stalin də poçt qatarının qarətində tutulduqdan sonra bir müddət burada dustaq olmuşdur. Deyilənə görə bu keçidlə iki nəfər çox asanlıqla mayakdan qalaya qaladan da mayaka doğru asanlıqla hərəkət edə bilib. Lənkəran rütübətli zonada yerləşdiyindən həmin keçid zaman-zaman deformasiyaya uğrayıb və sonralar tamamilə dağılıb. Dairəvi Qala 1970-ci ilə kimi həbsxana kimi istifadə edilmişdir. Digər abidələr kimi dairəvi qala da şəhərin görünüşünə gözəllik gətirir. Prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı ildən Qalanın bərpasına başlanılıb. Bu müddətdə tarixi abidədənin dam örtüyündən tutmuş döşəməsinə kimi hər bir yeri yenilənib.

http://lankaranmks.jimdo.com/tarixi-abid%C9%99l%C9%99rimiz/”

Yeni Lənkəran zindanı ilə bağlı əldə etdiyimiz məlumat isə ondan ibarətdir ki, burada 10 minə yaxın insan cəza çəkəcək. Zindanda uşaq koloniyasından tutmuş qadın kolonuna qədər bütün kateqoriyalarda dustaqlar olacaq. Zindan Lənkəran Hava Limanın arxasında-bir tərəfi çaya, digər tərəfi sıx meşəlik ola dağ silsiləsinə bitişik ərazidə yerləşir. Verilən məlumata görə burada hər şey yüksək standartlara uyğun qurulub. Cəhdlərimizə baxmayaraq Ədliyyə Nazirliyindən ətraflı məlumat ala bilmədik. Təkcə o bəllidir ki, Lənkəran zindanı ayın sonuna kimi, bəlkə da daha tez-22 noyabrda, ədliyyə güündə istifadəyə veriləcək. Cənubdan olan dustaqların burada daha çox yerləşəcəyi gözlənilir. Yeni zindanın şəklini əldə edə bilmədiyimiz üçün hələlik Lənkəran Dairəvi Qalaa-zindanının şəklini mətnə əlavə edirik.


















Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10