Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yetim körpələri əmizdirən qadın duyğulu anlar yaşatdı- İBRƏTAMİZ...


Əfqanıstanın paytaxtı Kabildə doğum evinə edilən terror hücumu zamanı 24 nəfər qadın həlak olub.

Cenub.az xəbər verir ki, hadisədən xəbər tutan Firuzə Ömər adlı qadın dərhal xəstəxanaya yollanıb və yetim qalan uşaqları əmizdirməyə başlayıb. Qadın hətta anasız qalan uşaqlardan birini övladlığa götürmək istədiyini deyib. Onun bu addımı isə insanlara duyğulu anlar yaşadıb. F.Ömər hətta uşaqlara süd tozu almaq üçün kampaniyaya başlayaraq  imkanı olan qadınlardan pul toplayıb. 
Son qırx ildə Əfqanıstanda saysız-hesabsız terror hadisələri törədilib. Lakin bu dəfə doğum evində törədilən hadisədə ana və körpələrinin həlak olması ölkə rəhbərliyini dərindən sarsıdıb. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10