Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranda və Yevlaxda koronavirus qırmızı xətti keçdi


TƏBİB: “Bu rayonlarda epidemioloji vəziyyətin sabitləşməsi üçün daha ciddi tədbirlərin görülməsinə ehtiyac var”
 
Təəssüflər olsun ki, bir sıra bölgələrimizdə əldə edilən statistik məlumatlar onu göstərir ki, hələ də qaydalara məsuliyyətlə yanaşılmır və həmin bölgələrdə ciddi problemlər meydana çıxmaqdadır.
Cenub.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in sədri Ramin Bayramlı deyib.
 
“Belə ki, Yevlax rayonunda indiyə qədər olan statistik göstəricilərə əsasən, 64 sakində koronavirus aşkar edilib. Burada epidemioloji vəziyyətin sabitləşməsi üçün daha ciddi tədbirlərin görülməsinə ehtiyac var”, - o bildirib.
 
Bayramlı yoluxmanın yüksək olduğu Lənkəranla bağlı son məlumatları da açıqlayıb: “Burada yoluxmanın yüksək olduğu kəndləri xüsusilə qeyd etmək istəyirəm. Belə ki, Lənkəran rayonunun Boradi kəndində 16, Şilavar kəndində 31 və Vilvan kəndində 11 yoluxma faktı aşkarlanıb. Bu göstəricilər qətiyyən bizi qane edə bilməz. Həmin bölgələrin sakinlərini xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırırıq”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10