Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İcra başçısının aldığı dağ, bir də S. Razinin əsir götürdüyü xan qızı


 
Demokrat.az-ın xəbərinə görə, mağaranın ərazisi bir sahibkara verilib və yerində obyekt tikilir.
 
Bildirilir ki, A.Vəliyev Sabunçu rayonunda boş torpaq qoymur. İcra başçısı gözəgəlimli yerləri peşkəş edib.
 
Tarixi məlumatlara görə, “Razinin xəzinəsi” bu dağdakı mağaradadır. Rəvayətə görə, mağaraya gələn kazak quldur Stepan Razinin taladığı sərvəti və əsirləri, həm də Salyan xanının qızını əsir götürüblər.
 
Deyilənə görə, Razin xanın qızı ilə bu mağarada bir müddət yaşayıblar. Rəvayət olunur ki, sonra onu “su tanrısı” İvan Qorınoviçə qurban vermək üçün Xəzərə atıb.
 
Sovet vaxtı hər mayın 2-də bu dağda insan izdihamı olarmış. 1 may Əməkçi Gününün ertəsi insanlar burada piknik təşkil edirdilər. İndisə dağın önü satılıb və qarşısında tikinti aparılır.(hit.az)








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10