16 yaşı tamam olmayan qızı onlarla adamın gözü qarşısında kimlər və necə qaçırıb?
2016-cı il noyabrın 10-da Masallı şəhərində qəribə qızqaçırtma hadisəsi baş verib. Masallı rayonunun ucqar kəndlərindən birində yaşayan, 16 yaşı tamam olmamış tələbə qızın gündüz günorta çağı, saat 13-14 arası Masallı şəhərinin mərkəzindən qaçırıldığı bildirilir. Yayılan məlumatlara görə, qızın həmkəndliləri olan 3 qoluzorlu oğlan şəhərin RAf-lar dayanan (qədim hamamın cənub tərəfində) “dayanacaqda” (“dayanaacaq”sözünü ona dırnaqda yazdıq ki, hər gün yüzlərlə insanın istifadə etdiyi bu ərazidə dayanacaq adına ən elementar şərait belə yoxdur, nəinki kamera-filan ola), onlarla insanın gözü qarşısında 16 yaşı tamam olmayan tələbə qızı zorla maşına mindirib ərazidən uzaqlaşıblar. Maraqlısı odur ki, 40-a yaxın insanın olduğu ərazidəki kişilərdən heç biri qızın zorla qaçırılmasına mane olmayıb, hətta qız qaçırılandan sonra belə 102-yə və əlaqədar təşkilatlara xəbər verməyiblər. İnsanların biganəliyi, laqeydliyi sadəcə heyrət doğurur. (Adamın yadına “Yeddi oğul istərəm” filmində Bəxtiyarın “Gözünüzün qarşısında dağ boyda kişini vururlar..” sözləri düşür.)
Hadisə baş verəndən bir neçə saat sonra qızın evə gəlmədiyini və telefonunun bağlı olduğunu görən valideynlər olayı araşdırmağa başlayıb. Məlum olub ki, qızqaçırdanlar kənddən bir maşını müvəqqəti istifadəyə götürüb, qızı həmin maşına mindirib bir qədər aparandan sonra yolda maşını dəyişib, daha sonra əvvəlki maşını gətirib sahibinə qaytarıblar.
O da məlum olub ki, qaçırılan qız 3 bacıdan sonuncusudur və öz razılığı ilə bir-iki ay öncə başqa birisinə ad edilib. Qızı qaçıran oğlanın isə 30-a yaxın yaşı var.
Nəhayət, 1 gün sonra, təxminən 30 saatdan sonra qız tapılıb.
Qız axtarılan müddətdə, deyilənlərə görə, qızqaçırdan qrupun onlarla qohumu--arvadla-kişili (eləcə də RAF sürücüləri) polisdə saxlanılıb.
Hazırda qız, atası evindədir. Yayılan məlumata görə, razılıq əldə edilib ki, bir qədərdən sonra dədə-baba qaydası ilə toy edib, qızı onu qaçardan oğlana ərə verəcəklər. Amma orası maraqlıdır ki, 16 yaşı tamam olmamış, nikah yaşına 2 il qalmış qızı necə ərə verəcəklər?
Göründüyü kimi, biz yerli şəraiti nəzərə alıb qızın, qızı qaçırdanların, onların valideynlərinin adını, yaşadığı ərazini və sairi dəqiqliklə göstərmədik.
Amma ortada maraqlı suallar var. Polis rəsmiləri deyir ki, qız könüllü olaraq, öz razılığı ilə evdən gedib. Sual da ondan ibarətdir ki, qız könüllü gedirdisə, onu zorla niyə maşına mindirirdilər? Elə haysız-küysüz oğlanın təşkil etdiyi maşına minib gedər, valideynlərini 2 gün intizarda qoymaz, oğlanla gedəndən bir neçə saat sonra evə zəng vurub xəbər verərdi.
Digər məlumat isə ondan ibarətdir ki, rayon rəhbərliyi bu mənasız insidentin bir daha təkrarlanmasması üçün qızı qaçıranları adam oğurluğu maddəsi ilə ciddi şəkildə cəzalandırılmalıdır.
Kimdir günahkar? Bu sualı hələ də cavabsızdır. “Heç-heçə” ehtimalı isə daha yüksəkdir.
Zahir