Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mübariz Mənsimovun bərəsi və kranı...


Rusiyanın Rostov vilayətində “Palmali Kaspisykie Morskie proyektı” MMC şirkətinin əmlakı hərraca çıxarılıb.

Cenub.az Demokrat.az-a istinadən xəbər verir ki, şirkətə məxsus “Yuri Kuvıkin” nəqliyyat-montaj bərəsi (2013-cü ildə inşa edilib) və “Liebherr” mobil dizel hidravlik kranı vahid lotda 1.2 milyard rubl (16 milyon dollara yaxın) start qiymətinə alıcılara təklif ediləcək.

Bu obyektlərin balans dəyəri 1.7 milyard rubl təkil edir. Potensial alıcılar öz müraciətlərini mayın 16-na qədər təqdim edə bilərlər. Obyektlərin hərracda satışı barədə informasiya müflisləşmə haqda məlumatların Vahid Federal Reyestrində yerləşdirilib.

“Palmali Kaspisykie Morskie proyektı” MMC hazırda Türkiyədə həbsdə olan azərbaycanlı biznesmen Mübariz Mənsimovun “Palmali” şirkətlər qrupuna məxsus, Rostovda qeydiyyatdan keçmiş “Palmali” MMC-nin törəmə müəssisəsidir. “Palmali” MMC-nin barəsində 2018-ci ildən müflisləşmə proseduru başladılıb. Şirkətin onlarla gəmiləri və digər əmlaklı “Sberbank”a, digər kreditorlara olan yüz milyonlarla dollarlıq borca görə hərracda satılır.

Qeyd edək ki, Mənsimovun biznes imperiyası sürətlə çöküb və “Palmali Holding”in özünün də müflisləşmə ərəfəsində olduğu bu günlərdə açıqlanmışdı. Biznesmen FETÖ terror təşkilatına üzvlük ittihamı ilə həbs edilib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10