Məşhur azərbaycanlı biznesmen, müğənni Emin Ağalarov növbəti dəfə evliliyinə son qoydu. O, 2 il əvvəl evləndiyi Alyona Qavrilovadan da rəsmən ayrılır.Xəbər gözlənilməz olduğu üçün jurnalistlər və yaxınları Alyona Qavrilovadan açıqlama gözləyib.

O, instagram səhifəsində boşanması ilə bağlı xəbərləri təsdiqləyərək bunları yazıb:
“Mənə bir az vaxt verin, özümə gəlim... Xahiş edirəm. Bu, mənim üçün çox ağrılı və çətindir. Və bu gün mənim anamın ad günüdür. Anlayışınız üçün təşəkkürlər”.














