Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Araşdırsaq, bütün icra başçılarının fəaliyyətində oxşar proseslər var...”


“Eyni zamanda, tək icra yox, bütün icra strukturlarının hər birində bu cür tenderlərdən geri qaytarmalar, yaxud da hansısa qurumlar və rayonlar üzrə toplamalar var”

Bunu Moderator.az-a açıqlamasında hüquqşunas Ələsgər Məmmədli deyib. Onun sözlərinə görə korrupsiyayla mübarizədə aidiyyatı qurumlar aktiv olmalıdırlar:

“İcra başçılarının və mədəniyyət naziri müavinlərinin həbsi məsələsinə əslində vəzifəsi olan prokuratura qarışmır. Bu Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilir. Bu isə prokuraturanın artıq o proseslərdə tamamən işini itirmiş, gücü çatmayan bir qurum halına gəldiyinin göstəricisidir. Korrupsiyayla mübarizə aparmaq əslində DXT-nin vəzifəsi deyil. Ayrıca dövlətin böyük vəsait xərclədiyi Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bu proseslərin heç birində iştirak etməməsi onu göstərir ki, prokuraturanın tərkibində yeni bir kadr islahatı aparmaq lazımdır ki, bu proseslərə daha ciddi nəzarət eləsin. 

Korrupsiyayla mübarizə aparmaq üçün məsələn, tender.az saytına girsinlər və görsünlər ki, ilin 365 günü tenderi eyni şirkət udur, yəni 50-60 milyonluq vəsait bir şirkətə gedir. Burda da əsas korrupsiya var və bunlara heç kəs toxunmur. Bu gün artıq beş icra başçısı korrupsiyaya görə həbs olunub. Halbuki araşdırsaq, bütün icra başçılarının fəaliyyətində oxşar proseslər var. Eyni zamanda, tək icra yox, bütün icra strukturlarının hər birində bu cür tenderlərdən geri qaytarmalar, yaxud da hansısa qurumlar və rayonlar üzrə toplamalar var. Bunları yeni deyil, illərdir ki, bunu media yazır, amma baxan yoxdu. Yeni təyin olunan Baş prokuror Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri olub və bu baxımdan böyük ehtimalla onun əlində geniş məlumatlar var. Əgər buna start verilsə, müsbət nəticələr əldə etmək olar”.

Vasif Əlihüseyn





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10