Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kürdəmirdə dəhşətli olay - qayın hamilə gəlini güllələdi


Kürdəmirdə hamilə qadını güllələyən şəxsin adı məlum olub.

Cenub.az-ın məlumatına görə, hadisə mayın 11-i saat 20 radələrində rayonun Sığırlı kəndində baş verib.

Belə ki, kənd sakini, 1989-cu il təvəllüdlü Ramo Mövlayev qardaşı arvadı, 2000-ci il təvəllüdlü Könül Mövlayevanı kustar üsulla hazırlanmış tüfənglə atəş açaraq güllələyib. Qadın Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən R.Mövlayeva polis tərəfindən saxlanılıb.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürmə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, K.Mövlayeva 2 aylıq hamilə olub.

REPORT





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10