
Bir az da xeyriyyəçi - sahibkar Hacı Ramazan Mirzəyevin xeyriyyə işləri və Masallı Cümə məscidində aparılacaq abadlıq işləri barədə
Masallının aprel (2016) şəhidlərindən olan Firdovsi Bağırzadənin ailəsi üçün onun doğulduğu Güllütəpə kəndində ikimərtəbəli bina inşa edilib. Xatırladaq ki, şəhid Firdovsinin 20 yaşı var idi. 1 ilə yaxın Idi ki, hərbi xidmətdə qulluq edirdi. Bu il,

Məlumat üçün bildirək ki, bu, Hacı Ramazan Mirzəyevin


O, yüzlərlə kimsəsizə vaxtaşırı yardımlar edir. Hacı Ramazan Mirzəyev gördüyü işlərin reklamının əleyhinə olduğu üçün biz onun xeyriyyəçiliyi barədə bu qısa məlumatları yerli sakinlərdən öyrənə bildik.
Bu gün (24 sentyabr) Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov başda olmaqla Masallının əksər idarə və müəssisə rəhbərləri, iş adamları, dindarlar, ictimaiyyət nümayəndələri Güllütəpə kəndində olmuş, şəhid ailəsi üçün inşa edilmiş həmin binanı ziyarət etmişlər. Xeyriyyəçilər yeni mənzilə müxtəlif məişət avadanlıqları hədiyyə ediblər. Bu görüşdə şəhidin yaxınları, eləcə də Masallı İH-in başçısı Rafil Hüseynov, cənub bölgəsinin qazısı Mirqiyas Ağa, millət vəkili Nəriman Əliyev və başqaları çıxış ediblər.
Elə həmin gün İcra başçısı Rafil Hüseynovla sahibkarların Masallı Cümə məscidində görüşü olub. Görüş zamanı şəhərin bu məscidində yenidənqurma işlərinin aparılması da qərara alınıb. Xüsusən, məscidin həyətində geniş abadlıq işlərinin


Zahir Əmənov
Qeyd : Şəhidin xatirinə zəhmət olmasa paylaşın.


