Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mahir Quliyev getsə də, Biləsuvardakı əxlaqsızlıq yuvaları qalır…




Mahir Quliyev getsə də, Biləsuvardakı əxlaqsızlıq yuvaları qalır…Obyektdə müştərilərə iki qadın xidmət göstərir. Axşam saatlarında isə burada növbə yaranır. Qiymət isə 12 manatdır.



image here

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Biləsuvar rayonunun icra başçısı Mahir Quliyevin həbsi Azərbaycanda həbs olunan icra başçılarının sayını ardırdı.

Hələ bir müddət əvvəl Biləsuvar rayonundan seçilən millət vəkili Bəhruz Məhərrəmovun özünün “facebook” səhifəsində “DTX Biləsuvara da gələ bilər” yazması və bundan bir neçə ay sonra icra başçısının həbsi deputatın xəbərdarlığını təsdiqlədi.

M.Quliyevin dövründə Biləsuvarda hərc-mərclik olduğu, insanların narazı salındığı hamıya məlumdur. Digər bir narahatlıq doğuran məsələ isə M.Quliyevin dövründə rayonda yol üstündə əxlaqsızlıq yuvalarının açıq fəaliyyət göstərməsi idi.

Təəccüblü olan isə odur ki, Mahir Quliyev getsə də, onun dövründə tikilən həmin obyektlər çayxana adı ilə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Bu məkanlara təbii ki, Biləsuvardan, Cəlilabaddan olan gənclər və sürücülər üz tuturlar. Halbuki bu əxlaqsızlıq yuvaları cəmiyyət üçün real təhlükə mənbəyidir. Rayondakı bu cür biabırçılıqlardan yazan media nümayəndələri isə dolayısı yolla hədələnir, təqib edilirlər.

Bəs görəsən, bu əxlaqsızlıq yuvalarının fəaliyyətinə nə vaxt son qoyulacaq?

Aidiyyəti qurumların həmin obyektləri aşkar etmələri çətin olmasın deyə ünvanlarını da təqdim edirik. Obyektlərdən biri Biləsuvar rayonu ərazisindən Cəlilabad rayonuna keçərkən yolun sağında yerləşir və İman adlı şəxsə məxsusdur. Burada hər gün 30-40 adam «qonaq» olur. Obyektdə müştərilərə iki qadın xidmət göstərir. Axşam saatlarında isə burada növbə yaranır. Qiymət isə 12 manatdır.

Digər obyekt isə Biləsuvardan Bakı istiqmətində gedəndə yolun sağında yerləşir. Bura da çayxana kimi fəaliyyət göstərir. Amma obyektin arxasında «görüş üçün» xüsusi otaqlar tikilib ki, orada müştərilərə xidmət göstərilir. Buranı isə Leyli adlı qadın işlədir. Bu obyektlərin «priton» kimi fəaliyyəti rayonda hamıya bəllidir. Yəni necə deyərlər, “görünən kəndə nə bələdçi”.

M.Quliyev həbs edildi, amma…

Bir də ki, axı Biləsuvar bizim üçün təkcə Mahir Quliyevin icra başçısı olduğu rayon yox, öncə qəhrəmanlar diyarıdır.

AZAD. Təzadlar.az

Mahir Quliyev getsə də, Biləsuvardakı əxlaqsızlıq yuvaları qalır…






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10