Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

GÜLAĞA TƏNHANI KİM VƏ NƏ ÜÇÜN ZƏHƏRLƏYİB? - YENİLƏNİR



GÜLAĞA TƏNHANI KİM VƏ NƏ ÜÇÜN ZƏHƏRLƏYİB? -

Masallı Rayonunun Ərkivan qəsəbəsində boya-başa çatan, iş adamı və xeyriyyəçi kimi tanınan Gülağa Tənha ilə bağlı hər məlumat  masallılar arasında maraq doğurur. Bu ilin yanvar ayının əvvəlində “Təzadlar” qəzeti G. Tənhanın əvvəlki həyat yoldaşı Zeynəb Məmmədyarova ilə bağlı qalmaqallı yazılar çap etmişdi. Bir qədər gec olsa da oxucular üçün maraqlı olacağını nəzərə alıb, həmin  yazıları sizə təqdim edirik:



“Təzadlar”a MƏŞHUR ŞAHMATÇI ZEYNƏB MƏMMƏDYAROVA və xeyriyyəçi Gülağa Qənbərov (Tənha) İLƏ BAĞLI SENSASİON MƏKTUB daxil olub...

Bir neçə gün əvvəl “Təzadlar” qəzetinin elektron poçtuna 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən Deputatlığa namizəd, Sumqayıt Bələdiyyəsinin üzvü, tanınmış şahmatçı Zeynəb Məmmədyarova ilə bağlı sensasion məktub daxil olub... Məktubun kim tərəfindən və nə məqsədlə yazıldığı və nə üçün məhz “Təzadlar” qəzetinə göndərildiyi bizim üçün aydındır. Lakin təəssüflər olsun ki, həmin məktub-yazını Z.Məmmədyarovanın mövqeyini öyrənmədən dərc etmək hələ ki mümkün deyil: həm peşə etikası baxımından, həm də məktubdakı olduqca ciddi faktlara ən azı qarşı tərəfin mövqeyini öyrənmədən dərc etmək düzgün olmazdı.

Məsələyə aydınlıq gətirmək üçün isə Sumqayıt Bələdiyyəsinin elektron poçtuna, eləcə də Zeynəb Məmmədyarovanın facebook səhifəsinə, həmçinin həmin səhifədəki məktub bölümünə yazaraq, bizimlə əlaqə saxlamasını xahiş etmişik. Təəssüflər olsun, hələ də cavab yoxdur. Amma cəhdlərimiz davam edir.
Eləcə də həmin sensasion məktubu Gülağa Tənhanın nümayəndələrinə göndərmişik, xahiş etmişik ki, mövqelərini bildirsinlər. Bu barədə isə yanvarın 20-də qəzetin rəsmi saytında xəbər yerləşdirilmişdir. Dərhal Gülağa Tənhanın köməkçisi olan Arif Əliyevdən bizə belə bir elektron cavab məktubu gəlmişdir: “Mən şair Gülağa Tənhanın köməkçisiyəm. Adı çəkilən sensasion məktub təkcə sizin redaksiyanın yox, digər saytların elektron ünvanlarına da daxil olmuşdur. Həmin məktubun nüsxəsi mənə çatdırılıb. Məktubun yazılması və müəllifi barədə məndə heç bir məlumat yoxdur. Arif Əliyev”.
***
Xatırladırıq ki, məktub başdan ayağa Z.Məmmədyarovanın birinci həyat yoldaşı Gülağa Tənha (Qənbərov) ilə istər əvvəlki dost-mehriban, istərsə də hazırkı düşmən münasibətlərinə və s. aiddir. Məktubdan da aydın olur ki, cütlük bir müddət əvvəl boşanıblar, sonradan isə bir dəfə barışıblar, lakin yenidən düşmənə çevriliblər. Biz KİV olaraq araşdırdıq, məktubda üstüörtülü yazılsa da, bu qatı düşmənçiliyə gətirib çıxaran əsl səbəbi öyrəndik... Hətta məktubdan o da aydın olur ki, guya (sübut olmadığından belə deyirik) Z.Məmmədyarova Gülağa Tənhanı bir dəfə zəhərləyib və... Bunun da nə məqsədə edildiyi məktubda aydın şəkildə şərh edilir.
Ümumiyyətlə, məktubda sensasion faktlar yer alır və təkrar edirik, həm Gülağa Tənhanın, həm də Zeynəb Məmmədyarovanın mövqeyini sonadək öyrənməyə çalışmışıq.

 
Gülağa Tənha mövqeyini açıqladı, amma...

Beləcə, Gülağa Tənhaya mövqeyini bildirməsi üçün onun yaxınlarından olan bir tanınmış jurnalistə həmin məktubun elektron versiyasını göndərdik. Təxminən iki saat sonra saytların birində “GÜLAĞA QƏNBƏROV (TƏNHA): Allah mənə səbr-sizə isə ağıl versin! MÜSAHİBƏ” başlıqlı müsahibə ilə tanış olduq. Müsahibədə deyilirdi:
“Redaksiyamızın əməkdaşı tanımış iş adamı, xeyriyyəçı-şair Gülağa (Tənha) Qənbərovdan musahibə almağa nail olmuşdur. Almaniyada gərgin iş başında olan həmyerlimiz, vaxtının az olmasına baxmayaraq, qısa da olsa gündəmdə olan məsələlərə münasibətini bildirib. Yeri gəlmişkən, elə iş başında olarkən, öz foto şəkilini də çəkib, WhatsApp-la bizə göndərib. (Fotonu oxucularımıza təqdim edirik)
***
- Gülağa müəllim, kütləvi informasiya vasitələrində sizinlə şahmatçı Zeynəb Məmmədyarova ilə birgə ailə həyatınız barədə müsahibələr və məqalələr dərc olunur. Bununla əlaqədar münasibətinizi bilmək istərdik.
- Ailə mövzusu ilə bağlı mən heç vaxt müsahibə, və hər hansı bir açıqlama etməmişəm və etmək fikrim də yoxdur! Şəxsən mən öz şəxsi həyatım barədə hər hansı bir məlumati, Zeynəb xanımın məsuliyyətsizliyinə uyub, ətrafdakılarla bölüşməyi, kənar adamların müzakirə mövzusuna çevrilməyi xoşlamıram. Mənim üçün ailə müqəddəsdir! Ailənin sirri yalnız və yalnız ailəyə aiddir!
Əgər Zeynəb xanım bu barədə vaxtaşırı ağızdolusu danışırsa, deməli hələ də məni yaddan çıxara bilmir və ən nəhayət məndən uğurlu, yüksək intelektli kişi tapa bilməyib .Mənim Zeynəb xanıma həsr etdiyim bir şeirimin, bir misrasını hansısa bir kişi ona həsr etsəydi, bəlkə də yazıq qızcığaz təsəlli tapardı... Mən isə məni qane etməyənləri çox tez və asanliqla unuduram. Çünki həyat qısadır . Onu mənalı və cəmiyyət üçün yararlı yaşamaq lazımdır. Zeynəb xanımla, 2010-cu ildə ayrıldıqdan sonra, 2012-ci ildə xoşbəxt ailə qurmuşam! Son səkkiz ildə dörd övladım dünyaya göz açıb! Bu gün mən xoşbəxt ailə başçısıyam, xoşbəxt atayam! Üç aylıq körpəmi-qağayı kimi qığıldaya-qığıldaya çırpınan , mələk xislətli balamı bağrıma basıb Allahıma şükür edirəm! İşdən sonra evə qayıdanda , qapını açan kimi , iki yaşlı oğlum ata-ata deyə-deyə qollarını açıb, üstümə qaçanda, həyat yoldaşım məni gülərüz qarşılayıb , boynuma sarılanda , üzümdən öpüb qayğıma qalanda, paltomu asılqandan asanda...özümü dünyanın ən xoşbəxti hiss edirəm! Altı nəfərdən ibarət bütün ailə üzvləri -dörd balam, həyat yoldaşım və mən yemək masasının arxasında birgə şam yeməyi yeyəndən (üc aylıq körpəmiz artıq toyuğun budunu sovurur) sonra isə üç oğlum məni yerə uzadıb, qarnımın üstündə cütcü rəqsi oynayanda...”Allahıma min şükür “-deyirəm! Bundan böyük səadət-xoşbəxtlik ola bilərmi?
Bax bu ailə xoşbəxtliyini Allahım mənə nəsib edib! Mən bunu Zeynəb xanıma da arzu edirəm.
“Bəziləri isə hər yaz gələndə ayaqqabı dəyişən kimi, kişini də dəyişirlər...” və bu mentalitetimizə yaraşmayan vulqar həyat tərzini ictimailəşdirməklə, fəxr edirlər! Bu barədə gülə-gülə, sevinə-sevinə ağızdolusu danışırlar. Zənnimcə bu ağlamalı haldır! Belə insanlara yazığım gəlir. Belə insanlara nə deyə bilərəm? Allah mənə səbr-sizə isə ağıl versin!
- Saytların birində Zeynəb xanım Sizinlə birgə ailə həyatiniz dövründə “kefkom” olduğunuzu vurğulayaraq, uzun müddət ərzində sizi tapa bilmədiyini söyləmişdir.
- Əvvəla, mənə elə gəlir ki, qadınlar bəzən məsuliyyətsizlikdən, qiybət etməyi xoşlayırlar...
Jurnalistlər də bu tip xanımların məsuliyyətsizliyindən istifadə edərək, onları öz reytingi naminə, açıq və lazimsız söhbətlərə cəlb edirlər... Birinci onu deyə bilərəm ki, hər bir abrı-həyası olan qadin, üç dəfə və ya on üç dəfə ərə getməyini cəmiyyətdə reklam etməsə, daha ismətli xanım kimi təsəvvür yaradardı. Bu əsil Azərbaycan qadını ücün gülməlı və ya fəxr etməli hal deyil . Ağlamalı haldır.Onlarla ağıllı və düşüncəli olan analarımız birinci dəfə boşandıqdan sonra həyatlarını öz övladlarına sərf ediblər. İkinci və ya üçüncü dəfə ərə getməyiblər . Bəzən bunu etsələr də , elə ağılla hərəkət ediblər ki, heç doğma balaları bunu bilməyib. Çalışıblar ki, psixoloji tərbiyə nöqtəyi-nəzərdən, uşaqlar zərbə almasınlar. Əfsuslar olsun ki, bu gün bizim bəzi mənəvi dəyərlərimiz cılızlaşıb. Xanımlar öz əxlaqsızlıqları ilə fəxr edirlər... Görəsən belə xanımların ağsaqqal ataları, qeyrətli qardaşları bunu necə qəbul edirlər? (Yeri gəlmışkən qeyd edim ki, Zeynəb xanımın anasına şəxsən mənim böyük hörmətim və məhəbbətim var. Qaynanamın həmişə hörmətini saxlamışam və ömrümün sonuna qədər öz anam kimi qayğısına qalacam.)
Bilirsinizmi, alim olmaq, cilid-cilid kitablar yazmaq və ya dünya şöhrətli şahmatçı olmaq-bu hələ cəmiyyət üçün müdrük və dəyərli insan olmaq demək deyil! Alicənab insan gərək öz alicənablığını hər bir hərəkətində, hər bir davranışında və danışığında cəmiyyətlə bölüşsün. Cəmiyyətin və gələcək nəslin tərbiyəsinə müsbət təsir göstərə bilsin, cəmiyyət ücün dəyərli insan kimi tanınsın.
Mən 2002-ci ildən 2010-cu ilə qədər, 8 il müddətində Zeynəb xanımı cəmiyyət ücün şəxsiyyət kimi yetişdirməyə, dəyərli insan kimi tərbiyə etməyə çalışdım! Əfsuslar olsun ki, səbrim tükəndi, həyatımı yararsız və mənasız yaşamaq istəmədim! Amma, hər bir halda Zeynəb Məmmədyarova oğlum Eltonun anasıdır. Övlad isə hər bir ata üçün əziz və toxunulmazdır!

Müsahibəni götürdü: RAMİZ MİRZƏ”

“Təzadlar”dan: Tezliklə Zeynəb Məmmədyarovanın da mövqeyini təqdim edəcəyik.

Zeynəb Məmmədyarova “Təzadlar”a şok açıqlama verdi: “Gülağa Tənhaya zəng etdim və...”


 

Zeynəb Məmmədyarova barəsində məktub yazanı "şərəfsiz" adlandırdı...

 
Beləliklə, Zeynəb Məmmədyarova ilə telefon əlaqəsi yaratdıq:
- Salam, Zeynəb xanım...
-Salam, eşidirəm, kimdir danışan?
- ...“Təzadlar” qəzetindəndir...
- Nədir o internetdə yazırsınız elə? Özbaşınalıqdır, nədir belə? Neyləyirsiniz belə?
- Siz ona özbaşınalıq deyirsiniz?
- Bəli, mən ona özbaşınalıq deyirəm... Mən Gülağa ilə danışmışam, hər şey qaydasındadır. Siz niyə özünüzdən yazmısınız elə...
- Əvvəla, o yazılan bizim yox, Gülağa Qənbərovun sizin barənizdə bizə göndərilmiş məktuba “azpress.az” saytındakı münasibətidir, özü də bizdə yox, azpress.az saytına müsahibəsidir...
- İndi seçki kampaniyasıdır. Siz məni, mənim ailəmi tanımırsınız? Axı yaxşı tanıyırsınız... Siz necə mənim barəmdə elə şeyləri yazırsınız?
- Zeynəb xanım, siz nəsə düzgün anlamırsınız, orda nə yazılıb ki? Axı biz heç nə yazmamışıq... Orda yazılan Gülağa Qənbərovun sizin barənizdə olan müsahibəsidir, özü də başqa bir saytdakı müsahibəsi... Əksinə, biz sizin mövqeyi öyrənməyə çalışırıq ki, soruşaq görək bu nə məsələdir, niyə sizin kimi tanınmış bir xanıma belə böhtanlar atılır, sizi təhqir edirlər?
- Bütün günü jurnalistlər mənə zəng vurur... Əsas rəqib olduğuma görə mənə qarşı rəqiblərim belə böhtan atırlar.
- İstəkli Zeynəb xanım, əksinə, Sumqayıtda bizim qohumlar, dostlar var ki, demişik ki, seçimlərində yanlış olmasınlar, sizin kimi tanınmış simalara səs versinlər, aldanmasınlar... Siz bizi bəlkə kimlərləsə səhv salırsınız...
- Yox, mən sizin qəzeti yaxşı tanıyıram, izləyirəm... Axır günlər jurnalistlər mənə zəng vurur... Bütün günü ki, ay mənə bunu göndəriblər, onu göndəriblər. Cəhənnəmə kim göndərib, mənə nə?!
- Siz elektron poçt göndərin, sizə göndərək, oxuyun. Həmin məktubda, sonradan isə Gülağa Qənbərov barənizdə elə şeylər yazıb ki, oxusanız bilərsiniz ki, nə var. Özü də həmin məktub yalnız bizə göndəriblər, başqa kimsəyə yox...
- O yazını Gülağa göndərməyib, o göndərməyib...
- Zeynəb xanım, üzr istəyirəm, biz həmin məktubu Gülağa Qənbərova göndərdik ki, mövqeyini bildirsin, amma bir saat sonra o, “azpress.az” saytına müsahibə verib həmin məktubda olanları təkrarlamaqla sizi təhqir edərək barənizdə daha sərt ifadələr işlədib.
- O eləməyib, o eləməyib... Kimdirsə, seçki ilə bağlı əleyhimə təbliğat aparır. Bilin ki, bunları edənlər rəqiblərimdir...
- Siz Gülağa Qənbərovun açıqlamasını oxumusunuz?
- Onu öz dilindən özü mənə deyib... Başqa jurnalistlərə və saytlara mən necə inana bilərəm, o özü mənə öz dili ilə bunları deyib.
- Nə deyib? Siz elektron poçt verin, göndərək, özünüz həmin məktubu və Gülağanın cavab müsahibəsini oxuyun, mövqeyinizi bildirin...
- (Əsəbləşir). Mənim bunlara ehtiyacım və vaxtım yoxdur, daha önəmli işlərim var, Siz də belə işlərlə məşğul olmayın, rahatsız olmayın. Siz elə qohumlarınıza deyin səslərini mənə versinlər, daha yaxşı nəticələr olar inşallah. Mən dünyada tanınan adamam. Belə işlərlə məşğul olmaq rəqiblərimin işidir, şərəfsiz insanların işidir, onlar düzgün rəqabətə gücü çatmayan insanlardır... Heç nəyə fikir verməyin, siz məni dəstəkləyin. Siz yazıb paylaşırsınız, rəqiblərim də görürlər, heç nəyi vecinizə almayın... Özü ilə də danışmışam, dedi ki, gəlib özüm yoluna qoyacağam...
- Gülağa dedi də...
- Bəli, bəli... Siz sağ olun...
(Davamı var)
 “Təzadlar”ın Araşdırma Qrupu






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10