Azərbaycanda korrupsiya və qanunsuz fəaliyyətə qarşı genişmiqyaslı əməliyyatlar aparılır. Dövlət Təhlükəsizliyi Xidmətinin rayon icra hakimiyyətlərində, eləcə də digər strukturlarda qeyri-qanuni əməllərə yol vermiş, dövlət vəsaitini talamış məmurlara qarşı həyata keçirdiyi istintaq-araşdırma prosesi nəhayət ki, Mədəniyyət Nazirliyinə də çatdı.
Rəsmi məlumatda deyilir: “Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilib”.
Əməliyyatın detalları ilə bağlı mediaya məlum olan məlumatlarda mədəniyyət naziri Əbülfəs Qarayevin müavinləri Rafiq Bayramov və Zakir Sultanovun saxlanıldığı, evlərində axtarışların aparıldığı deyilir. Saxlanılanlar arasında nazirliyin Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov və mətbuat katibi İntiqam Hümbətov də var.
Nazirin bir müavini Zakir Sultanovun tikinti sahəsinə ayrılan vəsaitləri mənimsədiyi, digər müavini Rafiq Bayramovun musiqi məktəblərinin rəhbərlərindən rüşvət aldığı deyilir.
İstintaq davam edir və proseslərin gedişi Əbülfəs Qarayevin rəhbərliyi altındakı nazirlikdə hələ çox şeyin üzə çıxacağını deməyə əsas verir.
Əməliyyat zamanı nazirlikdə olan Əbülfəs Qarayevin isə özünü “heç nə bilmirmiş” kimi aparmağı diqqətdən yayınmır. Nazir mediaya açıqlamasında bildirib ki, “Biz hüquqi dövlətdə yaşayırıq, əgər neqativ nəsə varsa, ona da hüquqi qiymət veriləcək”.
Doğru deyir, Azərbaycan hüquqi dövlətdir və hər şey hüquqi qiymətini alacaq, amma istər-istəməz sual yaranır: Əbülfəs Qarayev rəhbərliyi altında baş verənlərdən xəbərsiz idimi?!
Bunu da istintaq aydınlaşdıracaq. Hərçənd ki, biz dəfələrlə Mədəniyyət Nazirliyində neqativ hallarla bağlı materiallar yayımlamışdıq.
- Paytaxtda və bölgələrdə maddi-mədəni irsimiz bərbad gündədir.
- Paytaxtda mütəfəkkirlərimizin abidələri sözün həqiqi mənasında unudulub.
- Prezident İlham Əliyev milli serialların və filmlərin çəkilişi üçün vəsait ayırsa da, nazirlik ortaya ciddi bir iş çıxara bilməyib.
- Milli kinematoqrafiyamız “qara günlərini” yaşamağa davam edir.
Bütün bunlar haqda dəfələrlə yazmışıq və problemlər bununla bitmir.
2020-ci il büdcəsində Mədəniyyət Nazirliyinə 300 milyon manatdan artıq vəsait ayrılıb. Saxlanılanlar arasında olan Zakir Sultanovun Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov rəhbərlik etdiyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə təkcə bu il 9 milyona yaxın (8792410 manat) vəsait ayrılıb. Bu vəsaitlərin profili üzrə xərclənmədiyi açıq hiss olunurdu.
DTX-nın həyata keçirdiyi əməliyyat və ortaya çıxan faktlar bu vəsaitin mənimsənildiyini təsdiqlədi...
Zaur Hacılı
Demokrat.az