Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Astara RTŞ rəhbəri Rəşad Həsənov səhvini düzəltdi - gənc alimi işə qaytardı




Hər halda bu, müsbət və təqdirəlayiq bir addımdır, ümid edək ki, Astara təhsilində müsbət işlərin davamı gələcəkdir və digər problemlər də həll ediləcəkdir.

cenub.az-a daxil olan məlumata görə, Astara təhsilində qəribə hadisələr davam 
etməkdədir. Bu dəfə ki ilginc hadisə isə müsbət bir olay  kimi qeydə alınışdır. Belə ki, Astara şəhər 6 saylı tam orta məktəbdən 2018-ci ildən işdən

çıxarılan psixoloq Daşqın Əliyev 2 ildən sonra,  gec də olsa, Astara təhsilinə geri qaytarılıbdır. Onun bu dəfəki iş yeri şəhər 4 saylı orta məktəb olacaq. 
Məsələnin aktuallığını artıran digər nüans isə həmin şəxsin – Daşqğın Əliyevin (Yunis Dürüst imzasıyla cəmiyyətdə tanınan)  gənc alim olmasıdır. Belə ki, əslən astaralı olan sözügedən elm adamı Azərbaycanda sosial şəbəkələrə dair ilk ısıri - “Feysbukun və Həyatın Sirləri” kitabının müəllifidir.
Xatırladaq ki, Daşqın Əliyev 2 il öncə Astara şəhər 6 saylı məktəbdə məhdud şəraitə baxmayaraq, özünəməxsus metodlar tətbiq etməklə və mövcud olmayan psixologiya dərsini keçməyə çalışmaqla diqqəti çəkmişdi.
 Belə ki, boş və ya zəif keçilən dərslərə girib ümumi həyat və psixoloji bilgiləri şagirdlərə aşılamış, məktəbin təlim və təhsil mühitinin düzəlməsi üçün 4 aylıq iş müddətində önəmli işlər görmüşdü. Nəticədə rəhbərliyin qısqanc və qeyri-adekvat münasibəti ilə qarşılaşan gənc ekspert haqsız yerə işdən çıxarılmışdı. Təəssüf ki, RTŞ rəhbəri R. Həsənov da bu özbaşınalığa dəstək vermiş və beləcə istedadlı bir elm adamının pedoqoji fəaliyyəti əngəlləmişdi.

 2 il sonra, yəni bu günlərdə həmin məsələ yenə gündəmə gəldi, mediada və təhsil təşkilatlarında müzakirə olundu, lakin cənab Həsənov etdiyi səhvi düzəltmək əvəzinə, problemin daha da dərinləşməsinə rəvac verdi. Belə ki, tənqidlərə qeyri-adekvat reaksiya verib, astaralı gənc alim Daşqın Əliyev (Yunis Dürüst) barəsində yazdığı və ya yazdırdığı absurd bir yazını öz rəsmi feysbuk profilində paylaşaraq, konfliktə girdi və təhsil rəhbəri olmasını yaddan çıxartdı. Yaxşı ki, daha sonra fikrini dəyişdi, gec də olsa, alimə və elmə qarşı etdiyi səhvindən döndü və həmin gənc alimi işə bərpa etmək qərarı verdi. Onun müəllifi olduğu kitabı isə  öz profilində paylaşıb rayonun gənc aliminə üzrxahlıq jesti edərək dəstəyini bildirdi.
Hər halda bu, müsbət və təqdirəlayiq bir addımdır, ümid edək ki, Astara təhsilində müsbət işlərin davamı gələcəkdir və digər problemlər də həll ediləcəkdir.
Astara. Təhsil araşdırmaları qrupu
cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10