Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Məmmədağanın süqutu


Həmişə qapılara top vuran Məmmədağanın indi öz “qapısna” top vururlar
Artıq 56 yaşını arxada qoymuş Məmmədağa Eynullayevi Masallıda tanimayan az olar. Əvvəllər “Viləş” komandasanın kapitanı olmuş bu şəxs 90-ci illərin əvvəlində Azərbaycan Xalq Cəbhəsi Masallı təşkilatının sədri oldu və sonradan da qeyri-səmimi hərəkətlərinə görə o təşkilatdan uzaqlaşdırırldı. Teymur Yəhyəyevin 1-ci gəlişində RİH-də İrana getmək üçün içlik satmaq işində xarüqələr yaratdı .
AXC-Müsavat hakimiyyəti dövründə əsgər yoldaşı Tahir Əliyevin köməyi ilə Biləsuvar Buraxılış-Keçid Məntəqəsinin rəhbəri olan Məmmədağa Eynullayev bu postu itirəndən sonra millət vəkili olmaq fikirinə düşdü. Xeyli haylı-küylü işlərdən sonra, nəhayət, Teymur Yəhyəyevin vaxtında Masallı icra hakimiyyətində hüquq şöbəsi müdiri vəzifəsini tutur. Şirəli Əhədov , Azər Səfərov, Oqtay Əliyevin icra başçılığı dövründə rəhbəriliklə asanlıqla dil tapan Məmmədağa bəy Qəzənfər Ağayevin dövründə onun “sağ əli”nə çevirildi. Məhz Eynullayevin canfəşanlığı nəticəsində Masllıda yüzlərlə insanın dükan-bazarı tar-mar edildi .
Qisasi, 5 icra başçısı ilə cani-dildən Masallını talayanların ön sırasında olan Məmmədağa Eynullayevin ötən ildən süqutu başladı. İcra başçısı Qəzənfər Ağayev günahlarını ört-bastır etmək üçün onu nəinki söküntu işlərindən ayırdı, həm də şöbə müdri vəzifəsindən çıxartdı, o, şöbədə formal olaraq təlimatçı kimi saxlandı.
Məmmədağa Eynullayev faktiki olaraq bütün işlərdən kənarlaşdırıldı və onun iş otağına hətta telefon çəkilməsinə belə imkan verilmədi. “Bəlkə də qaytardilar” arzusu ilə o binada günlərini keçirən Məmmədağa Eynullayev bir-iki həftə öncə daha bir zərbə aldı. İcra hakimiyyətinə işə gələrkən qapıda duran polis onu içəri buraxmayıb.
Deyilənə görə, o bir müddət Bakıda olub, xəstəlik adı ilə bületin götürüb. Arada hay da salırdı ki, guya nə isə edəcək. Bu günlərdə məlim oldu ki, o vəzifəsindən tam kənarlaşdırılıb. Vaxtı ilə rəqib qapılarına xeyli qol vuran Məmmədağa bəy öz qapısından bir neçə “cavabsız top” buraxıb. Siyasi fəaliyyətə AXC üzvü kimi başlayan, gah qəzet buraxan, gah Bakıya yürüşlər edən Eynullayev meydanı YAP-çı kimi, həm də cox məzlum YAP-çı kimi tərk etdi. Dəfələrlə dəvət etsək də, nələrisə deməyə cürəti çatmadı. Yenə sözü olarsa, ona meydan verməyə hazırıq.
Qeyd: Eh,Məmmədağa müəllim , meydandan gedəndə də, şərəflə getmək lazımdır. İndi sənə kim inanar? İkibaşlı oyunların sonu heç də yaxşı olmur. Meydana cəbhəçi kimi girib YAP-çı kimi tərk etsən də, çoxları belə hesab edir ki,yığdığlarınıı demokratiya yolunda xərcləməyə ürəyin gəlməsə də, sən artıq özünü xərcləmisən. Ya etiraf et, ya...
... Yıxılanı vurmaq bizim işimiz deyil. Ona görə olayı çox da hallandırmırıq. Bunları da sizin üçün yox, hazırda sizin funksiyanızı yerinə yetirən, Masallı icra hakimiyyətində sizin kimi mövqe, yaxud da mövqesizlik sərgiiləyənlər, ömrünü xalq üçün yox, Qəzənfər Ağayevə həsr etmək istəyənlərı üçün yazdıq. Dedik, bəlkə “gözü çıxan qardaşından” nümunə götürələr. Axı, əbəs yerə deməyiblər ki, süngü ilə cox şey etmək olur, lakin onun üstündə oturmaq olmur.
Ülvi





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10