Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“ZİL” körpüdən aşdı, minə yaxın əhali qazsız qaldı - FOTO




Yük avtomobili təbii qaz xəttini yararsız hala salıb
 
Şəkidə körpüdən aşan yük avtomobili təbii qaz xəttini yararsız hala salıb. bu gün Şəki rayonunun Kiş kəndi yaxınlığında avtomobil qəzası baş verib.
 
Qəza zamanı “ZİL” markalı yük avtomobili körpünün üzərindən aşıb və bu zaman ərazidən keçən 159 millimetr diametrində olan qaz xəttini də yararsız hala salıb.
 
Təhlükəsizlik tədbirləri olaraq minə yaxın əhali qrupu abonentinin qaz təchizatı müvəqqəti dayandırılıb. Bərpa işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsinə başlanılıb.


  AYNA AZ





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10