Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ermənistanla İran arasında yeni yol çəkilir... - Tehran Bakının narahatlığını anlayacaqmı?


“Ermənistanla İran arasında münasibətlər dinamik inkişaf edir”. 

Cenub.az Moderator.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 7 mayda Ermənistan Milli Məclisində hökumətin proqramının gedişi və nəticələrinə dair illik hesabatın təqdim olunmasının yekununa dair sual və cavablar zamanı açıqlayıb.

Baş nazir Paşinyan Ermənistan və İran arasındakı münasibətlərin mövcud səviyyəsinə toxunaraq “Bu yaxınlarda İran İslam Respublikasının Prezidenti ilə telefon danışığım olub. Ölkələrimiz arasında çox yaxşı münasibətlər var və bu əlaqələr dinamik inkişaf edir ” - deyib.

Bu günlərdə Ermənistan və İran liderləri arasında baş tutan telefon danışığı zamanı tərəflər kommunikasiya sahəsində müvəqqəti məhdudiyyətlərə baxmayaraq, hər iki ölkənin ticarət-iqtisadi əməkdaşlığı davam etdirdiklərindən məmnun olduqlarını bildiriblər.

Əlavə olaraq bildirilir ki,  Üçüncü Ermənistan - İran elektrik ötürücü xəttinin inşasının 2020-ci ildə başa çatdırılması planlaşdırılır. Bunu Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri, Ermənistan və İranın Birgə Hökumətlərarası Komissiyasının sədri Suren Papikyan deyib.

Ermənistan və İran arasında həyata keçirilən proqramlara toxunan nazir, xüsusilə qeyd edib ki, “Hesabat dövründə 400 kilovoltluq İran-Ermənistan elektrik ötürücü xətlərinin və yarımstansiyalarının tikintisi işləri davam etdirilir.  Ümid edirik ki, işləri vaxtında başa çatdıra biləcəyik. "

Ermənistanı İranla birləşdirən dövlətlərarası yolun modernləşdirilməsinə toxunan Papikyan deyib ki, “Artıq Ağarak-Kacaran yolunun yenidən qurulması və tunelin inşası üçün istifadəyə verilmiş layihəmiz var. Tenderi qazanan İtaliya şirkəti bu işləri həyata keçirəcəkdir. Bu il tikinti işlərinə başlanacaq. ”





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10