Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Şükürovlar ailəsində faciə



























Mətbuat katibinin 27 yaşlı oğlu faciəli şəkildə dünyasını dəyişdi

Masallı rayonunun Yeddioymaq Ərazi  Dairəsinin Qasımlı kəndində yaşayan Şükürovlar ailəsi mayın 6-də çox ağrılı bir gün yaşayaıblar.

Xatırladaq ki, bu ailə nəinki kənddə, rayonda da çox sakit, zəhmətkeş ailə kimi tanınıb,  kiminsə toyuğuna “kiş” deyib, incitməyiblər. 4 qardaş 2 bacı olan Şükürovlar hələ 5-6 yaşlarında ataların itirib, min əziyyətlə boya-baş çatıblar.

Necə deyərlər, indi-indi ağ günə çıxırdılar. Böyük qardaş Əlhüseyn Şükürov “Yeni həyat” qəzetinə baş redaktor təyin olunb, kiçik qardaş Ağahüseyn Şükürov alimlik dərəcəsi almış,  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ictimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri  təyin olunmuş,  jurnalistlər üçün tikilən binada mənzil almışdı.

İki gün öncə isə ailə olduqca ağır itki ilə üz-üzə qalıb. A.Şükürovun böyük oğlu   Nuran avtoqəza nəticəsində vəfat edib. Bu barədə A.Şükürovun yaxın dostu Vüqar Əhməd məlumat verib. O, sosial şəbəkədə yazıb:

"AMEA-nın icitimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, yaxın dostum Ağahüseyn Şükürovun böyük oğlu bu gün səhər avtomobil qəzasında həlak olub. Çox üzüldüm, çox ağladım. Allah heç düşmənə də bala dərdi göstərməsin. Allah rəhmət eləsin. Mərhum bu gün Masallıda doğma kəndlərində dəfn olunub". (oxu.az)

A. Şükürov 2 oğul, bir qız atası idi.

Qəza nəticəsində dünyasını dəyişən 27 yaşlı   Nuran Azərbaycan Dövlət Mədəniyyət Universitetini bitirmiş prespektivli bir gənc idi. Hələ ailə həyatı qurmamışdı

Ağahüseyn müəllimə və bütün Şükürovlar ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan onlara səbr diləyirik.

Nuran   mayın 6-da Qasımlı qəbirstanlığında dəfn edilib.

Sabah onun 3 mərasimidir. Hüzrün elə 3 mərasimi ilə yekunlaşacağı bildirilir.

Allah rəhmət eləsin!


 









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10