![](/uploads/posts/2020-05/medium/1588830172_virus-fransa-696x391.jpg)
Cenub.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli hökumət bildirib.
Ölkə rəsmiləri qeyd ediblər ki, ölkədə koronavirusa yoluxmuş xəstələrin 97%-i artıq sağalıb.
“İslandiyada 1 799 nəfərin COVID-19 testi müsbət olub, 1 750 nəfər isə yoluxmayıb. Təəssüf ki, xəstəlik on insanın həyatına son qoydu”, – hökumətin bəyanatında deyilir.
İndi ölkədə koronavirus infeksiyasına 39 yoluxma var, xəstəxanalarda cəmi 3 pasiyent qalır, lakin onların vəziyyəti üçün narahatlığa əsas yoxdur.
İslandiya hakimiyyəti bazar ertəsi planlaşdırıldığı kimi, hələ martın 16-da tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərin ləğvinə başlayıb.