Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda bank açmaq istəyənin nə qədər pulu olmalıdır? - Video


“Azərbaycanda istənilən bir bankın açılması üçün ondan 50 milyon manat kapital tələb olunur”
Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov REAL TV-nin efirində bildirib.
O, “Atabank”da və “Amrah Bank”da olan situasiyadan da danışıb:
“Bu iki bankda olan situasiyanı deyim ki, geniş ictimaiyyət də tanış olsun. Bankın açılması üçün minimum 50 milyon manat tələb olunduğu halda, “Atabank”da bu rəqəm mənfi 214 milyondur. Belə çıxır ki, bu bankın normal fəaliyyəti üçün hazırda 264 milyon manata ehtiyac var. Yəni, bank öz maliyyə qabiliyyətini, dayanıqlılığını itirib. Bankın verdiyi kreditlərin 88 faizi problemlidir. Bu, olduqca acınacaqlı vəziyyətdir.
“Amrah Bank”a gəlincə, bu bank maliyyə hesabatlarında özünü normal fəaliyyət göstərən bank kimi təqdim edirdi. Lakin bankın hazırda kapitalı mənfi 77 milyon manatdır. Bu o deməkdir ki, normal fəaliyyət üçün banka 127 milyon manat pul lazımdır”.  /Oxu.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10