Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İcra başçısının danladığı şöbə müdiri öldü - ŞOK


Bir neçə gün əvvəl Gədəbəy rayon İcra Hakimiyyətinin şöbə müdirinin qəfil vəfat etməsi barədə məlumat vermişdik.

Cenub.az xəbər verir ki, Gədəbəy RİH-in vətəndaşların müraciətləri və sənədlərlə iş şöbəsinin müdiri Həsənov Rakif Cəbrayıl oğlunun ürək tutması nəticəsində vəfat etdiyi bildirilmişdi.
Yaxınlarının verdiyi məlumata görə, şöbə müdiri icra başçısı İbrahim Mustafayev tərəfindən ölümündən bir neçə gün əvvəl iş otağında ağır şəkildə danlanıb. Bu zaman o, özünü pis hiss edib və iş yoldaşlarının köməkliyi ilə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onda infarkt əlamətləri müəyyən edilsə də, R.Həsənov evə buraxılıb. Çox keçmədən RİH-in şöbə müdiri ürək tutmasından dünyasını dəyişib.
Publika.az-ın məlumatına görə, icra başçısı İbrahim Mustafayevin dövründə bu cür hal artıq 3-çü dəfədir baş verır. Belə ki, ötən ilin aprelində Qaradağ kəndinin icra nümayəndəsi Cahangir Qasımov icra hakimiyyətinin binasında dünyasını dəyişib, ilin sonlarında isə Söyüdlü kəndinin icra nümayəndəsi Asif İsgəndərov başçını qəbulundan çıxıb evə gəldikdən sonra huşunu itirərək xəstəxanaya aparılıb. (publika.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10