Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hacıyev DTX-ya nişan verdi: Bu başçı nələr edir? – Sensasiya


Cenub.az axar.az-a istinadən xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Yeni Müsavat”ın canlı yayımında DTX-nın İmişli Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla bağlı danışarkən deyib.
“Kimdir axı Vidadi (Bərdə rayonunun icra başçısı Vidadi isayev nəzərdə tutulur – red.)? Prezident artezian quyularının qazılması üçün pul ayırır, Bərdə İH-dən deyirlər kəndlilərə ki, gedin hərəniz 1000 manat yığın gətirin, sizə artezian quyusu qazaq. Niyə? Axı buna pul ayrılıb? Ayrılan pullar hara gedir?”
H.Hacıyev qeyd edib ki, sözügedən məmurların maşınlarının, villarının hansı pulla alındığı aydınlaşsa, çox şey üzə çıxacaq.
Qeyd edək ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirdiyi və icra başçısı Vilyam Hacıyev də daxil olmaqla, bir çox vəzifəli şəxslərin saxlanıldığı məlumatı yayılıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10