ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (FBİ) SSRİ-nin son rəhbəri Mixail Qorbaçovun 1984-91-ci illərdəki fəaliyyətinə aid olan 14 sənəddən məxfi qrifini götürüb.
Cenub.az-ın məlumatına görə, bu barədə xüsusi xidmət orqanları üzrə tanınmış tarixçi və yazıçı Gennadi Sokolov bildirib.
Yazıçının sözlərinə görə, martın 2-də ABŞ Milli Təhlükəsizlik Arxivinin rəhbərliyi özlərinə yaxın olan saytda qırmızı rəngli hərflərlə “Doğum günününüz mübarək, Mixail Sergeyeviç!” məzmununda təbrik mətni də yerləşdiriblər:
“Elə həmin gün Vaşinqtondan Moskvaya gizli sənədlər olan bir paket göndərildi. Şəxsən 85 yaşını qeyd edən yubilyara!”.
Gennadi Sokolov “ABŞ-ın Milli Təhlükəsizlik Arxivi necə bir qurumdur və bütün dünya liderlərinə təbrik hədiyyələri göndərirmi” sualına aydınlıq gətirərkən bildirib ki, bu, 1985-ci ildə ABŞ paytaxtında Corc Vaşinqton Universitetinin tarixçiləri və jurnalistlər tərəfindən yaradılan ictimai bir təşkilatdır:
“Məqsəd xüsusi xidmət orqanlarını maraqlandıran arxiv materiallarını dünya ictimaiyyətinə çatdırmağı təşviq etməkdir. Onların saytında müntəzəm olaraq gizlilik altından çıxarılan bir çox maraqlı materiallar görünür... Amerika Milli Təhlükəsizlik Arxivinin digər dünya liderlərinə verdiyi bu cür hədiyyələr barədə eşitməmişəm. Görünən budur ki, Qorbaçov bu cür “şərəfə” ilk sahib oldu. Yenə də Qərbdə ona ölkəmizdən fərqli olaraq başqa cür yanaşırlar - böyük ehtiramla. SSRİ-nin son lideri kimi qısa karyerası ərzində onlara çox xoş super sürprizlər bəxş etdi”.
Sokolov əlavə edib ki, “Qorbi dosyesi”nə daxil edilən sənədlər arasında ABŞ prezidenti Reyqanla Reykyavikdə, Cenevrədə və Maltada keçirilən danışıqların qeydləri, Reyqanla şəxsi yazışmalar, o cümlədən, Reyqanın Marqaret Tetçerlə, Buşun Helmut Kolla yazışmalarına aid qeydlər olub.
/moderator.az