Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə yeni direktor təyin edildi



Bu, hələ il yarın olmamış həmin təşkilata təyin edilən 2-ci rəhbərdir
Bu gün, nahardan sonra Masallı Regional (Yardımlı, Cəlilabad, Masallı rayonlarını əhatə edir) Meşə Təsərrüfatı idarəsinə növbəti müdir təyin edilib.

Bu şəxs, 7 noyabr 1983-cü ildə Cəlilabad  rayonunun Uzuntəpə kəndində anadan olmuş  İsmiyev Adəm Adil oğlidur.
A.    İsmiyev əvvəllər  pedoqoji təhsil almış, daha sonra isə İctimai Elmlər Akademiyasını bitirmişdir. Son vəzifəsi Cəlilabad Rayon İcra hakimiyyətində məsləhətçi vəzifəsi olmuşdur.
Xatırladaq ki, bu idarədə müdirlər hər 3-6 aydan bir dəyişir. Sonuncu müdir Elsevər İmamyarov cəmi 3 ay işlədi. Ondan əvvəlki müdirlər- zaqatallalı Mustafa müəllim və cəlilabadlı Şahin müəllimin də bu postda müdirliyi 6 ay  çəkdi.
Hazırda həm Lənkəran, həm Masallı meşə idarələrinə cəlilabadlılar rəhbərlik edir.
Meşə talanları ilə bağlı məlumatlar isə səngimək bilmir. Görək Adəm müəllim meşədəki talanların qarşısını ala biləcəkmi?
Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10