Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəran ŞİH yayılan məlumatlara aydınlıq gətirdi



Lənkəranda “DOST”- un maaş kartları vəzifəlilərin qohumlarına paylanılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirildi


"Sosial şəbəkələrdə yayımlanan “DOST İş Mərkəzi” MMC-də “sosial işçi” kimi işə götürülmüş Lənkəran Şəhər İcra başçısının birinci müavini Babayev Möhübbət Hacıbaba oğlunun qardaşı oğlu kimi qeyd olunan rayonun Kənarmeşə kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Xanbaba oğlu Babayev və keçmiş deputat Hadı Rəcəblinin yaxın qohumu kimi göstərilən Rəcəbov Şamil Cəsail oğlu barələrində bildiririk ki, yayılan məlumatlar tamamilə əsassızdır".

Bu barədə Pravda.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, Möhübbət Babayevin Xanbaba adında qardaşı yoxdur və ümumiyyətlə Elvin Xanbaba oğlu Babayevlə heç bir qohumluq əlaqəsində deyil. Liman şəhər sakini Rəcəbov Şamil Cəsail oğlu isə Hadi Rəcəblinin yaxın qohumu deyil: "Hər iki vətəndaşın 2020-ci ilin yanvar ayında verdikləri ərizələrə əsasən “DOST İş Mərkəzi” MMC ilə bağlanmış muddətli əmək müqavilələrinə xitam verilmişdir.

Lənkəran Şəhər İcra Hakimiyyəti sifarişçi qismində aztəminatlı ailələrdən olan, işləməyə zəruri ehtiyacı olan hər bir şəxsin işə cəlb olunması üçün müvafiq tədbirlər görür. Həqiqəti əks etdirməyən məlumatların yayımlanması şəhər İcra hakimiyyətinin işgüzar nüfüzüna xələl gətrmək məqsədi daşıyır".


Qeyd edək ki, araşdırmacı jurnalist Cavanşir Həsənli Lənkəranda vəzifəli şəxslərin yaxınlarının “DOST”dan maaş alması ilə bağlı məlumat yaymışdı.

C.Həsənli bildirirdi ki, Lənkəran İcraHakimiyyətinin başçısı özünün Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin oğlu, “LƏNKƏRAN CİTY TRAVEL” MMC-nin təsisçisi Babək Xıdırlının adına maaş kartı açdırmışdı. İndi daha iki faktı təqdim edirəm. Sosial işçi kimi adına maaş kartı açılanlardan biri də rayonun Kənarmeşə kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Xanbaba oğlu Babayevdir. Elvin Babayev Taleh Qaraşovun 1-ci müavini Möhübbət Babayev Hacıbaba oğlunun 1954-cü il təvəllüdlü qardaşı Xanbaba Babayevin oğludur: “Adı "Dost" maaşı alanlar siyahısında olanlardan biri də keçmiş deputat Hadı Rəcəblinin yaxın qohumu Rəcəbov Şamil Cəsail oğludur. Hadı Rəcəblinin qardaşı İqbal Rəcəbov Lənkəran şəhərinin maliyyə idarəsinin rəisidir. İqbal Rəcəbovun qızı Firuzə Rəcəbli Lənkəran şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqudur.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10